Şəkidə narkotik satan və alan şəxs saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli bilinən şəhər sakini R.Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, yaşadığı ünvana baxış keçirilən zaman isə oradan 465 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. R.Əhmədovun ətrafında davam etdirilən tədbirlərlə ona heroini satmaqda şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov da saxlanılıb.
Faktla bağlı Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək