XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Elman Rüstəmova zərbə: “Obmen”lərə lisenziyanı Rüfət Aslanlı verəcək

Elman Rüstəmova zərbə: “Obmen”lərə lisenziyanı Rüfət Aslanlı verəcək

Elman Rüstəmova zərbə: “Obmen”lərə lisenziyanı Rüfət Aslanlı verəcək
26-05-2017, 10:02

Valyuta dəyişmə məntəqələri qısa müddət sonra yenidən fəaliyyətə başlayacaq
Qanunvericiliyə əsasən, girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir.
Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Valyuta dəyişmə məntəqəsinə sahib olmaq istəyən şəxs lisenziyaya sahib olmalıdır. Bunun üçün o Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. Bu fakt həm də Mərkəzi Bank sədri Elman Rüstəmovun sıradan çıxarılmasıdır.
Palata sədri Rüfət Aslanlıya etimad göstərilməsi məntəqələrin açılması üçün lisenziyaların bu qurum tərəfindən verilməsində də özünü ehtiva edir.
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər.
Qanunvericiliyə əsasən, ərizə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Palata ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməlidir.
Hökumətin iqtisadi komandasında ikitirəlik yaranmışdı. Buna səbəb isə Azərbaycanda valyutadəyişmə məntəqələrinin yenidən bərpa edilib-edilməməsi məsələsi idi.
Hökumətdə “exchange”lərin fəaliyyətinə yenidən “yaşıl işıq” yandırılmasının kifayət qədər tərəfdarı var. Buna ən sərt şəkildə qarşı çıxan isə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovdur.
Azərbaycanda valyutadəyişmə məntəqələri ötən ilin yanvarından ləğv edilməyə başlayıb. Nəticədə ən azı 6 min insan işsiz qalıb.
Hazırda valyuta mübadiləsi banklar vasitəsi ilə həyata keçirilir. Əslində “exchange”lərin vaxtında da banklar valyuta mübadiləsi ilə məşğul olurdular.
İkincisi, valyuta mübadiləsinin ancaq banklar vasitəsilə həyata keçirilməsi vətəndaşlara ciddi problem yaradır. Banklar həftənin ilk beş iş günü fəaliyyət göstərdikləri üçün şənbə-bazar günləri valyuta mübadiləsi aparmaq istəyənlər çıxılmaz vəziyyətdə qalırlar.
Nəhayət üçüncüsü, valyutadəyişmə məntəqələri 6 min civarında ailənin dolanışıq mənbəyi idi. Hər ailənin orta hesabla beş üzvü olduğunu nəzərə alsaq, təxminən 30 min vətəndaşımız çörək sınağı ilə üzləşib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.