Banklar bu səbəbdən dollar satışını dayandırdı - “Elman Rüstəmovun isə heç vecinə də deyil...
"Hazırda banklara dollar almaq üçün müraciət edən vətəndaşlara limitin Mərkəzi Bank tərəfindən sıfırlanmadığı və bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışının mümkün olmadığı bildirilir”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı Natiq Cəfərli deyib. O xatırladıb ki, ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir.
Ekspertin sözlərinə görə, limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaq:
"Qanunsuz və məntiqsiz qadağa qoymaları bir yana, 1 il müddəti bitən vətəndaşların limitini də sıfırlamayıblar. Vətəndaşlar bundan əziyyət çəkir, Elman Rüstəmovun isə heç vecinə deyil. Belə qadağalar, məhdudiyyətlər normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil. Hətta belə qadağaya cəhd edən ölkə həmən batar - milli valyutası devalvasiyaya uğrayar, investorlar ölkədın qaçar”.
N.Cəfərli deyib ki, bu qərar vətəndaşları yan keçməyə sövq edir: "Yəni, əgər mənim 11.700 dollarlıq limitim dolubsa, qardaşımın, bacımın, qonşumun, dost-tanışımın şəxsiyyət vəsiqəsini götürüb gedib dollar alacam. Bu da mümkün olmasa, qara bazardan alacam. Bu tipli məntiqsiz qərarlar zatən qara bazarı dirçəldir. Belə qərarlarla manatın məzənnəsini saxlamaq cəhdi tam fiaskodur, əksinə, məzənnənin sonra daha sərt oynamasına səbəb olacaq”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır