SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Azərbaycanda sığorta sahəsində boşluqlar var” - Prezident İlham Əliyev

“Azərbaycanda sığorta sahəsində boşluqlar var” - Prezident İlham Əliyev

Tarix:

28-03-2019, 15:42

/ 838 dəfə oxundu.
“Azərbaycanda sığorta sahəsində boşluqlar var” - Prezident İlham Əliyev

“Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, çünki bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük”.

Bunu Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə çıxışı zamanı deyib.

“Məsələn, bu yaxınlarda Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələ nəticəsində minlərlə evə ziyan dəydi və məlum oldu ki, heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Bütövlükdə sahibkarlara məsləhət görülür ki, onlar öz əmlaklarını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq” - deyə, dövlət başçısı qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ