“AccessBank”dan “Bank Respublika”ya ciddi transfer
Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib.
Yığıncağda bankın İdarə Heyətinin yeni Sədri vəzifəsinə Tariyel İsmayılovun təyin edilməsi barədə qərar qəbul edilib. Tariyel İsmayılov aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.
“Bank Respublika”nın inkişafında böyük əməyi olan Asəf Namazov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcək.
Bank sahəsində böyük təcrübəyə malik olan Tariyel İsmayılov daha öncə “AccessBank” QSC-də İdarə Heyətinin Sədrinin müavini vəzifəsində çalışıb. O, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə ali təhsil alıb. Ailəlidir, iki övladı var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, “Facebook” səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var