İrandakı bahalıq Bakıda da dükanları “vurdu” - Bayram süfrəsi boş qalacaq?
İranda meyvə və tərəvəzin ixracının artması qiymətlərin bahalaşmasına səbəb olub.
Belə ki, İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargar yerli mətbuata müsahibəsində bildirib ki, ticarətçilər birbaşa kəndlərə gedərək istehsalçıdan tərəvəzi alır və ixrac edir:
“Bu daxili bazara çıxarılan məhsulun həcmini azaldır və nəticədə qiymətlər yüksəlir. İranın cənubu il boyu meyvə və tərəvəz yetişdirilən yeganə yerdir. Ötən il aramsız yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Məhsuldarlıq aşağı düşüb ki, bu da bahalaşmada öz rolunu oynayıb”.
Qeyd edək ki, son vaxtlar İranda yüksək inflyasiya və qiymətlərin bahalaşması müşahidə olunur. Elə bu səbəbdən də müxtəlif ədviyyatların, xurma, püstə və digər çərəz növlərinin qiymətləri kəskin artıb.
Cebhe.info-nun əməkdaşı “Nizami” metrostansiyasının yaxınlığındakı İran ərzaqları satılan mağazalarda olub.
Baş çəkdiyimiz ilk “İran nemətləri” adlanan mağazada qonşu ölkədən gətirilən ədviyyatların, çərəzlərin, şirnilərin üstünlük təşkil etdiyinin şahidi oluruq.
İranlı satıcı bildirir ki, artıq Novruz ərəfəsi üçün bütün məhsullar, xüsusən də çərəzlər gətirilib:
“Qiymətlərin bahalaşması bizim mağazaya da öz təsirini göstərib. Xüsusən də son aylar İran nemətlərinin gətirilməsi ilə bağlı çətinliklər yaşayırıq. Əvvəllər istədiyimiz qədər məhsul gətirə bilirdik, ancaq indi vəziyyət bir az dəyişib.
Düşünürəm ki, qiymətlər bahalaşsa da ciblərə uyğundur. Ən əsası satdığımız məhsullar keyfiyyətlidir və müştərilərimizdə bundan razı qalır.
Qeyd edim ki, müştərilərimizin əksər hissəsini burada yaşayan və ya qonaq, turist kimi gələn İranlılar olsa da, yerli vətəndaşlar da mağazamıza tez-tez yollanır”.
Mağazada olan xanım alıcı bildirir ki, qiymətlər təkcə İran mağazalarında yox, yerli məhsullar satılan marketlərdə də bahalaşıb:
“Adicə son bir həftədə belə qiymətlər bahalaşıb. Sözün düzü bu mağazadan bəzi şeyləri düyü, yağ, şirni, çərəzləri daha çox alıram. Bəzən burada olan qiymətlər büdcəmə daha uyğun olur, bundan başqa keyfiyyəti də məni və ailəmi qane edir”.
Başqa İran mağazasına baş çəkmək üçün olduğumuz yerdən ayrılırıq. Daxil olduğumuz digər mağazada da əsasən çərəzlər, şirnilər, ədviyyatlar satılır. Burada olan satıcı isə daha çox satışı bayram ərəfələrində etdiklərini deyir:
“Novruz bazarlığı üçün mart ayının əvvəlində İrana getməyi planlaşdırmışıq. Orada olan vəziyyətdən xəbərdarıq və qiymətlərin getdikcə bahalaşması barədə xəbərləri eşidirik. Hər məhsuldan çox gətirməsək də çalışacağıq ki, Novruz bayramı üçün lazımlı olunan məhsullardan kifayət qədər gətirək”.
Mağazaya mixək almaq üçün yollanan alıcı qiymətlərin baha olmasından şikayətlənir:
“Sözün düzü təxminən bir-iki ay olar ki, mixəyin 1 kilosu 30 AZN-dır, ancaq digər məhsulların bahalaşmasını hiss edirəm. Hər dəfə satıcıya dedikdə isə məhsulların bahalaşmasını və əvvəlki qədər çox gətirə bilmədiklərini qeyd edirlər.
Mixəkdən başqa buradan ədviyyatlar, eləcə də çərəzlər alıram. Qiymətləri isə yerli məhsullara təxminən yaxın olur”.
Qeyd edək ki, hal-hazırda bayramda daha çox alınan çərəzlərin qiymətləri bu cürdür:
Qoz 16 AZN (1 kq),
Fındıq 13-15 AZN (1 kq),
Püstə 24-30 AZN (1 kq),
Xurma 12-24 AZN (1 kq),
Kişmiş 8-14 AZN (1 kq),
Qara kişmiş 12 AZN (1 kq),
Ərik qurusu 12-18 AZN (1 kq),
Alça qurusu 13 AZN (1kq),
Gavalı qurusu 12 AZN (1 kq).
Əlavə edək ki, qonşu ölkədə ən çox bahalaşan ərzaq məhsullarıdır və artıq İranda şəkər tozu, qənd, düyü və başqa ərzaq mallarının ixracına qadağa qoyulub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var