SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Kredit götürərkən necə aldanırıq?

Kredit götürərkən necə aldanırıq?

Tarix:

4-04-2018, 15:35

/ 1 549 dəfə oxundu.
Kredit götürərkən necə aldanırıq?

Banklar vətəndaşı banka cəlb etdikdən sonra reklamlarında qeyd etdikləri faizlərdən başqa əlavə komissiya haqqı tuturlar.
Bu isə qanunla istehlakçı hüquqlarının ciddi şəkildə pozulması deməkdir. “Ölkə.Az” oxucularını bu məsələ ilə bağlı məlumatlandırır.

Bu və bu kimi hallarda vətəndaşlar məlumatsız olduqlarına görə aldanırlar. Belə ki, əgər bank 1 000 manatlıq kreditə 20% illik faiz dərəcəsi olaraq reklam edirsə və müştəridən bankda əlavə olaraq 1% komissiya haqqı tutursa o zaman bank müştəridən aldığı 1%-lik komissiya haqqını da illik faizlə göstərməlidir. Çünki, müştəri, bankın aldığı 1%-lik məbləği də illik faizlə birlikdə banka geri qaytarır.
Hüquqşünas Əkrəm Həsənovun “Ölkə.Az”a veridiyi açıqlamaya görə, banklar haqqında qanuna görə, istənilən bank kredit şərtlərini müəyyən etməkdə tam sərbəstdir və verdiyi kredit üzrə komissiya haqqı tuta bilər.
Onun sözlərinə görə, banklar reklamlarında qeyd etdiyi faiz dərəcəsindən başqa komissiya haqqını (faizini) da əlavə etməlidirlər. Müştəri banka yaxınlaşdıqdan sonra əlavə faiz və ya məbləğ tutularsa, bu reklam haqqında qanunları pozmaq deməkdir. Bu barədə isə müştərilər Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) və İqtisadiyyat Nazirliyi yanında Antihisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidmətinı müraciət edə bilərlər.
Qeyd edək ki, müştərilər bankın reklam çağırışlarındakı rəqəmlərlə müqavilədə qeyd olunan rəqəmlərə diqqət etməlidirlər.

Şərhlər

XƏBƏR LENTİ