Dövlət qulluqçularına belə kələk gəlinir... “Rabitə Bank” -da - FOTO
“Rabitə Bank” KB dövlət qulluqçularını 0% komissiya adı altında aldadır.
Kommersant.az-a istinadən xəbər veririk ki, sözügedən bank “Dövlət qulluqçularına çox özəl kredit” adı altında dövlət qulluqçularını müştəri olaraq bankına cəlb etmək istəyir. Reklamında dövlət qulluqçularına 15 min manatlıq krediti 50 ayadək 0% komissiya haqqı ilə təklif edən bank, müştərilərinə vəd etdiyi faiz endirimini yerinə yetirmir. Belə ki, dövlət qulluqçularına özəl olaraq komissiya haqqı tələb etməyən bank, əslində bütün müştərilərindən 1% və ya 1,5% komissiya haqqı tutur.
Dövlət qulluqçularına 3 min manatlıq krediti zaminsiz təklif edən bank, 3 min manatdan yüksək kredit üçün 1 nəfər zamin tələb edir. FİFD-nin 22% təşkil etdiyi kredit 12 aylıq sığortalandığı halda 1% komissiya, 12 aydan 36 ayadək, sığortalanmadığı halda isə 1,5% komissiya haqqı ödənilir. 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...