"Express Bank”da qanun pozuntuları aşkarlandı
"Express Bank”ın istehlak kreditlərinə daha çox üstünlük verməsi və bununla da bazarda ciddi paya sahib olmaması barədə xəbər vermişdik. Buna görə də bank istehlak kreditlərini həcmini artırmaq üçün müxtəlif kampaniyalar keçirir.
“Kommersant.az” xəbər verir ki, “15%-lə hər kəsə nağd kredit” deyə çağırış edən bank bir neçə qanunu heçə sayıb. Belə ki, ilkin olaraq müştərilərinə dolğun məlumat verməyən bankın 15% effektiv faiz dərəcəsi kimi hesablaması birbaşa məlumatların içində qeyd olunmayıb. Yəni, bank 15% dən başqa komissiya haqqları və digər xərclərini də müştəridən tutacaq. Bununla da bankın verdiyi kreditin Faktiki İllik Faiz Dərəcəsi (FİFD) daha da çox olacaq. Bu arada onu da qeyd edək ki, bankın effektiv faiz dərəcəsi 15% -dən başlayır. Yəni, hər kəsə deməsinə baxmayaraq faizin müəyyənləşəsi bankın kredit mütəxəssisindən aslıdır.
Bankın konsultantının saytımıza verdiyi məlumata görə, 15%-lə çağırılan müştərinin faiz məsələsinə bankdakı mütəxəssislər qərar verir. Yəni, hər kəsə 15%-lə kredit çağırışı da yalan oldu. Reklam haqqında qanunun 33.4.1. maddəsinə görə kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır. Bu qanunu isə biz president.az saytına istinadən bildiririk. Beləliklə bankın kredit kampaniyası müştəriləri arasında çaşqınlıq yaradır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır