SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanlı fermerlərə bəd xəbər - Rusiya Türkiyədən pomidor alacaq

Azərbaycanlı fermerlərə bəd xəbər - Rusiya Türkiyədən pomidor alacaq

Tarix:

13-09-2017, 15:08

/ 53 733 dəfə oxundu.
Azərbaycanlı fermerlərə bəd xəbər - Rusiya Türkiyədən pomidor alacaq

Rusiya ilə Türkiyə arasında pomidor ticarəti bərpa edilib.

Pomidor böhranının həllinə iki tərəfi də qane edəcək düstur tapılıb. Belə ki, türk pomidorları 1 oktyabr tarixindən Rusiyaya ixrac ediləcək. Bu icazə növbəti ilin aprel, may ayına qədər qüvvədə olacaq. Mövsüm ərzində Türkiyədən 100-300 min ton arasında pomidor idxalı planlaşdırılır. Beləliklə, Türkiyə Rusiya bazarındakı 2015-ci il üzrə mövqeyini müvəqqəti də olsa, yenidən tutacaq. Göstərilən dövdə Türkiyə Rusiyaya 338 min ton pomidor ixrac etmişdi.

Xatırladaq ki, Rusiya 2015-ci ilin noyabrın 24-də baş verən təyyarə böhranından sonra 2016-cı il yanvarın 1-dən Türkiyədən pomidor idxalını qadağan etdi. 2016-cı ilin avqust ayında hər iki ölkənin liderlərinin görüşündən sonra pilləli olaraq bir sıra kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına icazə verildi. Lakin pomidor bu razılaşmadan kənarda qaldı.

Şərhlər

XƏBƏR LENTİ