Rusiyaya pomidor aparıb satmaq istəyənlərə ŞAD XƏBƏR
“Azərbaycan Rusiyaya pomidor ixracı ilə bağlı bütün məsələlər öz həllini tapıb”.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev proqramın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
Nazir bildirib ki, bu məsələ hökümətlərarası komissiyanın iclasında da müzakirə edilib: “Əvvəl bu sahədə problem var idisə, biz sahibkarların bu istiqamətdə yaranan çətinliklərini nəzərə alaraq iki ölkə arasındakı sözügedən məsələni həll etdik”.
“Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 mlrd. manat investisiya qoyuluşu həyata keçirilib.
Onun sözlərinə görə, ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro və kiçik sahibkarlığın inkişafı üçün xeyli işlər görülüb, kənd təsərrüfatı məhsulları istehsalçıları vergidən azad olunub. Tez xarab olan aqrar məhsulların daha tez ixrac edilməsi üçün “Yaşıl dəhliz” mexanizmi həyata keçirilib.
Nazir onu da bildirib ki, bu illər ərzində Azərbaycandan 24 ölkəyə ixrac missiyası təşkil edilib. Bu missiyalar çərçivəsində 104,2 mln. manatlıq məhsul ixrac edilib. İş adamlarına 332 investisiya təşviqi sənədi verilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var