XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Obyektində iki turistin öldüyü “qozbel İman”ın şok MTN dosyesi

Obyektində iki turistin öldüyü “qozbel İman”ın şok MTN dosyesi

Obyektində iki turistin öldüyü “qozbel İman”ın şok MTN dosyesi
17-07-2017, 00:14

İsmayıllıda iki nəfərin elektrik cərəyanı vurmasından öldüyü “Green House” istirahət mərkəzinin kimə aid olduğu üzə çıxıb
Faciə baş verən ünvan iş adamı, “qozbel İman” ləqəbi ilə tanınan İman Quliyevindir.
Bu barədə marja.az yazıb ki, “Green House” istirahət mərkəzi “Nyu Sfera-Turizm” MMC-yə məxsusdur. “Nyu Sfera-Turizm” şirkəti “Nyu Sfera” şirkətlər qrupuna daxildir.
Şirkətlər qrupunun prezidenti İman Quliyevdir. El arasında “Qozbel İman” kimi tanınan biznesmen, eyni zamanda “Xalqlar Dostluğu” yarmarkasının sahibidir. “Qozbel İman” kifayət qədər qalmaqallı adamdır.
Onun barəsində müxtəlif məlumatlar var. Onun adı MTN işindən tutmuş iki nazirlə qohum olması, ağac qırdırması, böyük biznes şəbəkəsinə sahiblənməsinə ədər hallanıb.
İ.Quliyevin “MTN çetesi”nin toruna düşməsinin bir səbəbi də Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən təqribən 60 sot yaşıllıq zonanın məhv olunması və torpağın ələ keçirilməsi üzərindən olub.
İmanın “MTN işi” istintaqından yayınmasının bir səbəbi də yüksək rütbəli məmurlarla qohumluq əlaqəsinin olmasıdır.
Naxçıvandan olan İ.Quliyevin şərikləri sırasında “Diqlas” ticarət mərkəzinin sahibləri də var. Onun Xətai və Nizami rayonlarının ərazisində çoxsaylı ticarət obyektlərinin olduğu deyilir. İndi iki nəfərin öldüyü faciədən onun necə çıxacağı maraqlıdır.
Hadisə zamanı Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib.
Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb.
Xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti yaxşıdır. Bunu açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib.
Qurum rəsmisinin sözlərinə görə, xəsarət alan şəxslər digər iki nəfəri xilas etmək üçün hovuza tullanıb: “Hələ ki, istintaq davam edir. Yalnız ondan sonra hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşacaq.
İki nəfər hovuzda çimirmiş, digər iki şəxs də onları xilas etmək istəyərkən zərər çəkib. “Green House” 15 ilə yaxındır ki, fəaliyyət göstərir. İstirahət mərkəzinin rəhbərliyi haqqında isə məlumatım yoxdur”.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.