SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Oliqarx İman Quliyev Bakıdakı restoranlarını satışa çıxartı- İFLAS?

Oliqarx İman Quliyev Bakıdakı restoranlarını satışa çıxartı- İFLAS?

Tarix:

16-02-2017, 01:32

/ 5 250 dəfə oxundu.
Oliqarx İman Quliyev Bakıdakı restoranlarını satışa çıxartı- İFLAS?

İqtisadi böhran toy biznesindən yan keçməyib. Son zamanlar paytaxtımızda satışa çıxarılan şadlıq evlərinin sayı artır.

Bakının daha 2 məşhur şadlıq sarayı satışa çıxarılıb. Söhbət Yasamal rayonunda yerləşən "Filiz” Şadlıq Sarayı və 8-ci kilometrdəki "Şərq Saray”dan gedir.

Məlumata əsasən, ümumi sahəsi 18 sot olan "Filiz” şadlıq sarayı "Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan "Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir.

"Şərq Saray” ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə daha artıqdır – 12 milyon manat.

Bu sarayın sahibi Naxçıvanlı iş adamı İman Quliyevdir. İ.Quliyev çoxsaylı obyektlərin – "Romanc” Palas şadlıq evi, "Şərq Saray” şadlıq evi, "Xalqlar Dostluğu” ticarət mərkəzinin, "Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı var. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Bu baxımdan "Şərq Saray”ın satışa çıxarılması maraq doğurur. Görünür iş adamının nağd pula ciddi ehtiyacı yaranıb.

Şərhlər

XƏBƏR LENTİ