SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Gədəbəydə vətəndaşın başına BELƏ OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?

Gədəbəydə vətəndaşın başına BELƏ OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?

Tarix:

15-03-2023, 09:32

/ 607 dəfə oxundu.
Gədəbəydə vətəndaşın başına BELƏ OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?

 
Gədəbəy rayon Arıqıran kəndində Xəyalə adlı xanım illər əvvəl(təxmini 3-4 il) Gədəbəy rayon Arıqıran kənd icra nümayəndəliyinə işsizliklə bağlı müraciət edib. İcra nümayəndəsinin müavini Ədalət Musayev onu işə düzəldəcəyini bildirib. Xanımdan lazımı sənədləri götürüb və ona Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunacağını deyib. Bir müddət sonra Ədalət Musayev xanımın sənədlərini geri qaytarıb. İşin düzəlmədiyini bildirib.
Bu il Xəyalə xanım işsizliklə bağlı Dövlət Məşğulluq Agentliyinin Gədəbəy rayon şöbəsinə yaxınlaşıb. Həmin idarədə xanıma bildiriblər ki, bəs sən işsiz deyilsən. 3-4 ildir ki, sizin işiniz və adınıza kartınız var.
Yekunda məlum olub ki, illər əvvəl Ədalət Musayev xanımın sənədlərini alanda, onu Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının keçmiş müdiri Yusif Murquzov ilə əlbir olaraq işlə təmin ediblər. Lakin xanıma iş olmadığını deyiblər və maaş kartını verməyiblər. Kart həmin vaxtdan indiyə kimi Ə.Musayevdə, yaxud Y.Murquzovda olduğu bəlli deyil. Bəlli olan odur ki, illərdi Xəyalə xanım maaş alır, lakin başqaları mənimsəyir.
Xanım adına olan kartla bağlı dəfələrlə bağlı Kapital Bankın Gədəbəy rayon filialına yaxınlaşsa da, ona heç bir məlumat verilməyib. Adına olan karta giriş-çıxış barədə heç bir məlumat və sənəd verilmir. Tək rekvizit təqdim edilib. Görünür, Ədalət Musayev, Yusif Murquzov bu işi Kapital Bankla əlbir edib.
Qeyd edim ki, vətəndaşın imzası yaxud etibarnaməsi olmadan onun adına olan bank kartını digər bir vətəndaşa vermək qanunla qadağandır.
Hətta, Kapital Bankın Gədəbəy rayon filialında övaldın katını anaya vermədiyinin şahidi olmuşam. Lakin Ədalət Musayevlə Yusif Murquzovun əlbir pul mənimsəməsinə şərait yaradır. Vətəndaşın kartını məmurlara həvalə edir. //sarkazm.az//

Şərhlər

XƏBƏR LENTİ