SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Füzulidə təhsildən başqa HƏR ŞEY VAR... - NAZİRİN NƏZƏRİNƏ...

Füzulidə təhsildən başqa HƏR ŞEY VAR... - NAZİRİN NƏZƏRİNƏ...

Tarix:

2-12-2022, 13:41

/ 308 dəfə oxundu.
Füzulidə təhsildən başqa HƏR ŞEY VAR... - NAZİRİN NƏZƏRİNƏ...

Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qara əməlləri barədə ölkə mətbuatında kifayət qədər araşdırma yazıları dərc olunub. Azərbaycan təhsil sistemindəki problemlər barədə təkcə ölkə mətbuatı deyil e, Milli Məclisin tribunasından elə sərt fikirlər səsləndirilir ki...

Sözün qısası, Füzuli Təhsil şöbəsində baş verənlər, məktəbin ərazisinin mal-qara üçün örüş yerinə çevrilməsi, müəllimlərin məzuniyyət pulundan 100 manat tutulması, məktəb direktorlarından hər ay 5 min manat pul tələb edilməsi və s. barədə mediada kifayət qədər yazılıb.

Təsəvvür edirsiniz, məktəb direktorundan hər ay 5 min manat... Yazıq məktəb direktoru məcburdur ki, hər müəllimdən 30-40 manat tutsun ki, bu pulu ödəyə bilsin... Müəllim yazıq nə maaş alır ki, hər ay 30-40 manat direktora pul versin...

Problem təkcə örüş yeri ilə bitmir ee. Yəni məktəbin həyətini mal-qara üçün örüş yerinə çevirməklə məsələ bitsəydi dərd yarı idi... Ramella Məmmədova öz yaxın çevrəsinə deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam. ( Ramellanın 200 min verən qohumu kimdir ? Bu barədə növbəti yazılarda...)

Onu da qeyd edək ki, Ramella Məmmədovanın tabeçiliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi var. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfərdir. İndi özünüz hər ay müəllimlərdən yığılan pulun miqdarını təxmini hesablayın. Hər müəllimin maaşından 10-15 manat tutulsa, bu 30 min manatdan çox pul edir. Bu hələ harasıdır..?

Təsəvvür edirsiniz, 80 məktəbə ayrılan idman və digər avadanlıqlar satılaraq pulu Ramella Məmmədova tərəfindən mənimsənilib. Ramella Məmmədovanın korrupsiya mexanizmi bununla bitmir. Dövlət tərəfindən rayon Təhsil Şöbəsinə ayrılan vəsaiti mənimsəmək üçün Ramella Məmmədova saxta tenderlər keçirir və külli miqdarda “otkat”lar alır. Həm də nəzərə almalıyıq ki, Ramella Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən dövlət qurumlarına, Təhsil Nazirliyinə ünvanlanan şikayətlərin arası dayanmır.

Yeri gəlmişkən, Füzuli rayon Təhsil Şöbəsindəki 400 minlik mənimsəməyə görə, əvvəlki müdirə vəzifəsindən uzaqlaşdırılmışdı. Və Füzuli camaatı ümid edirdi ki, Ramella Məmmədova rayonun təhsil sahəsində müsbət dəyişiklik edəcək. Amma tam əksi oldu. Bütün bunlar azmış kimi, rayonun məktəb direktorları, müəllimləri arasında saxta diplomla çalışanlar da var. Məsələn, saxta diplomla məktəbdə müəllimə işləyən Pərvanə Quliyeva həm də məktəb direktorunun müavinidir və qeyri-qanuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb. Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Rayondakı məktəb direktoru, müavinlərin çoxu qohum-əqrəba, baldız, qayın, kirvədir. Məsələn, Təhsil Nazirliyindən attestasiyadan keçməyən İlahə Qəmbərova direktordur. Çünki icra başçısı Alı Alıyevin baldızı qızıdır. Bakı şəhərində yerləşən 2 N-li məktəbin direktoru Alı Alıyevin əmisi oğlunun həyat yoldaşı Svetlana Məmmədovadır. Qayıdış 2 N-li məktəbin direktoru Rəna müəllimə başçının dayısı qızıdır. Qayıdış 5-Nli məktəbin direktoru Alı Alıyevlə kirvədir. Zobucuq 27 saylı məktəbin direktoru isə Gəncə müəllimlər insitutunu saxta diplomla bitirmiş Elşaddır. Onu kiminsə xahişi ilə məktəbə direktor təyin ediblər. Bu siyahını kifayət qədər uzatmaq olar. Amma nə ehtiyac var..? Ramella Məmmədova yüksək vəzifəli şəxslərin adını tez-tez çəkdiyi üçün məktəb direktorları və müəllimlər ondan qorxurlar.

Redaksiyamıza daxil olan məlumata görə, Ramella Məmmədova bütün sənədlərinə əl gəzdirərək, bütün düzəlişləri edib. Saxtalaşdırma tək bununla bitmir. Ramella Məmmədova Dövlət İmtahan Mərkəzini-zadı saya salmır, kimi istəyirsə müsabiqədən keçmədən vəzifəyə təyin edir. Bu hələ harasıdır..??
Deməli, Ramella Məmmədovanın doğum günü, ad günü də saxta imiş. Belə ki, sənədlərdə 15 noyabr ad günü olan Ramella Məmmədova şəhidlərin anım günü olan ərəfədə özünə təmtəraqlı ad günü keçirib. Bəli, 20 noyabr tarixində Bakının məşhur restoranlarının birində Ramella Məmmədovanın ad günü qeyd edilib. Bu adam başa düşmür ki, həmin günlər şəhidlərinmizin anım günüdür, insanların kədər içərisində olduğu gündür.

Sözün qısası, Ramella Məmmədova hər şeyini saxtalaşdıraraq ad gününü dəyişir, amma... Amma atasının adı ilə, diplomunu dəyişə bilmir...

P.S. Deyirəm Ramella xanım Şaumyanı gordan-gora təzsin, onu zırbazır olsun. Ramella xanıma deyirik ki, Şaumyanın nəslindən olanların bütün nəslində olanlarına lənət olsun. Bəs, siz necə, Ramella xanım Şaumyanın goruna söyürsünüzmü?. Siz söyməsənizdə biz hər gün söyürük. //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ