SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ramella Məmmədovanın son 6 ildəki fəaliyyətini yoxlayır...

Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ramella Məmmədovanın son 6 ildəki fəaliyyətini yoxlayır...

Tarix:

14-03-2023, 16:46

/ 507 dəfə oxundu.
Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ramella Məmmədovanın son 6 ildəki fəaliyyətini yoxlayır...

Ramillaya rüşvət verən direktorun, müəllimin atasına, babasına, ölüsünə, dirisinə ....

Bu gün az qala ölkədə mənfi mənada “ulduza” çevrilmiş Ramella Şaumyan qızı Məmmədova barədə uzun-uzadı məlumat verməyə ehtiyac görmürük. Söhbət 15 yanvar 2016-cı il tarxidən bu günədək Füzuli rayon Təhsil Şöbəsinin müdiri işləyən Ramella Məmmədovanın əməllərindən gedir.
Daha doğrusu, Ramella Məmmədova 125 mindən artıq əhalisi olan Füzuli rayonunda 81 məktəbin təhsil məsələsinə rəhbərlik edir.
Təsəvvür edirsiniz, 81 məktəb, 81 məktəb direktoru, minlərlə müəllim, on minlərlə şagird deməkdir. Ramella Məmmədova hər məktəb direktorundan hər ay...bəlli məbləğdə pul-rüşvət alsa, bu ildə yüz minlər deməkdir.
Biz hələ Ramella Məmmədovanın 81 məktəbdə saxladığı ölü canlardan, mühafizəçi, xadimə adı ilə sənədləşdirdiyi, amma maaşlarını özü aldığı yüzlərlə texniki işçilərdən danışmırıq. Yaxud Ramella Məmmədovanın məktəblərin həyət sahələrini mal-qara üçün örüş yerinə çevirməsindən, şagirdləri sanki tüstüdə boğmasından, dövlətin məktəblərə ayırdığı yüz minlərlə vəsaiti mənimsəməsindən danışmırıq.
Biz hələ Ramella Məmmədovanın sosial şəbəkələrdə şəkilini paylaşaraq “Yanındayam, Türkiyəm” yazmasından danışmırıq. Bu adama deyirik ki, tabeçiliyində olan Füzuli rayonunun şəhid Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd orta məktəbi bərbad vəziyyətdədir, müəllimlər haray salıb ki, məktəbin sütünu çatlayıb qırılmış olduğu diqqəti cəlb edir, uçarsa müəllimlər, şagirdlər altında qalacaq. Sən bu şagirdlərin yanında olmalısan, sonra Türkiyənin. Məktəbin təmirinə ayrılan dövlət vəsaitini hara xərcləmisən..?
Bundan danış... Şəhidin adına olan məktəbdə 15 texniki işçi var, onların maaşını kim alır, ay Ramella..?
Biz məktəb direktorlarının banklardan kredit götürərək sənə verməsindən danışımırıq. Məktəb direktorlarına deyirsən ki, məktəblərə yoxlama gəlib ona verməliyəm. Biz 65 yaşı tamam olan müəllimlərlə yenidən əmək müqaviləsi bağlamaq üçün aldıqlarından danışmırıq.
Biz hətta sənin diplomundan, Gəncə DövLəT Universitetinin - ÜMUMİ PEDAQOGİKA KAFEDRASI məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi oxumağından danışmırıq. Həə, indi gəldik mətləb üstünə. Ramella Şaumyan qızı.... Atanın adı Şaumyandır, bəs niyə Şaumyan-ovna deyil, Şaumyan-qızı olmusan... Axı, gorbagor Şaumyan hara,---qızı hara..? Şaumyanın qızı...ovna olmalı idi...
Bunu da bir kənara qoyaq... Biz bir media olaraq neçə aydır ki, ardıcıl olaraq yazırıq ki, ali təhsil diplomunu qoy ortaya bu mövzu bağlansın. Sən niyə ali təhsil diplomunu gizlədirsən..? Çünki diplomunu ortaya qoysan, bəlli olacaq ki, sən Şaumyanın qızısan. Amma başqa sənədlərində Şahin qızısan...
Bu necə olur, ay Ramella...? Bilirsənmi, dövlət sənədlərini saxtalaşdıranları, səni Şahin qızı edənləri hansı cəza gözləyir..?
Ramiz Mehdiyevin baldızı oğlu Levonu deyirik ee.... Nə isə, köhnə səhifəyə nöqtə qoyaraq, Ramella barəsində yeni səhifə açırıq...
Deməli, redaksiyamıza daxil olan məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ramella Məmmədovanın son 6 ildəki fəaliyyətini yoxlayır.
Bu məsələ ilə bağlı hətta yaxın zamanda Füzuli Təhsil Şöbəsində iclas keçirilib. Ramella özünə arxayın şəkildə deyib ki, mənim oğlum Azərbaycanda məşhur banklardan birinin rəhbəridir... Ramella Məmmədova, yaxın zamanda Şaumyanın nəvəsinin adını və hansı bankın rəhbəri olduğunu cəmiyyətə bəyan edəcəyik...
Ramella Məmmədova, hər yerdə deyirsən ki, nə qədər ki, Alı Alıyev Füzuli RİH-nin başçısıdır, mən də TŞ-nin müdiri olacam. Ramella Məmmədova iclaslarda deyir ki, hələ 70 yaşımadak TŞ-nin müdiri olacam. Amma Ramella bilməlidir ki, yaxın zamanda Camal müəllim onu əvəz edəcək... Çünki Camal müəllim intellektual qabiliyyəti, millətinə bağlı olmasına, cəmiyyət arasında nüfuzuna görə, Ramellanı geridə qoyar. Və Füzuli camaatı əmindir ki, Ramella Şaumyan qızı ilə zülmətə qərq olan Füzuli təhsili Camal müəllimin təyinatından sonra nura boyana bilər... Və sonda onu da qeyd edək ki, Korrupsiya İdarəsinin apardığı yoxlamadan sonra Ramella Şaumyan qızının həbsi qaçılmaz olacaq.gundelik-baku.com

Şərhlər

XƏBƏR LENTİ