SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Füzuldiə təhsil adına BİABIRÇI MƏNZƏRƏ - BU NƏDİ BELƏ?

Füzuldiə təhsil adına BİABIRÇI MƏNZƏRƏ - BU NƏDİ BELƏ?

Tarix:

26-10-2022, 14:28

/ 643 dəfə oxundu.
Füzuldiə təhsil adına BİABIRÇI MƏNZƏRƏ - BU NƏDİ BELƏ?

 
Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Şahin qızı Məmmədova barəsində müxtəlif media orqanlarında yazılan “xanım tərifini” oxuyanda adam xəcalət çəkir və demək istəyirsən ki, “Vəsf zamanı deyil, Ramella Şahin qızı..”.
Doğrudan da, ölkə təhsilinin nə səviyyədə olduğu, məktəblərdəki nizam-intizam, mənəvi atmosferin az qala hamıya bəlli olduğu bir zamanda Ramella Məmmədovadan “örnək” düzəltmək ən azı gülüncdür. Həm də nəzərə almalıyıq ki, Ramella Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən dövlət qurumlarına, Təhsil Nazirliyinə ünvanlanan şikayətlərin arası dayanmır. Yeri gəlmişkən, Füzuli rayon Təhsil Şöbəsindəki 400 minlik mənimsəməyə görə, əvvəlki müdirə vəzifəsindən uzaqlaşdırılmışdı. Və Füzuli camaatı ümid edirdi ki, Ramella Məmmədova rayonun təhsil sahəsində müsbət dəyişiklik edəcək. Amma tam əksi oldu.
Belə ki, mətbuatdan bəlli olduğu kimi Ramella Məmmədovanın razılığı ilə bəzi məktəb direktorları məktəbin həyətyanı sahəsini öz şəxsi mal-qaralarının örüş yerinə çeviriblər.
Problem örüş yeri ilə bitmir. Ramella Məmmədova öz yaxınlarına deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam.
Onu da qeyd edək ki, Ramella Məmmədovanın tabeçiliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi var. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfərdir. İndi özünüz hər ay müəllimlərdən yığılan pulun miqdarını təxmini hesablayın. Hər müəllimin maaşından 10-15 manat tutulsa, bu 30 min manatdan çox pul edir. Bu hələ harasıdır..?
Təsəvvür edirsiniz, 80 məktəbə ayrılan idman və digər avadanlıqlar satılaraq pulu Ramella Məmmədova tərəfindən mənimsənilib. Ramella Məmmədovanın korrupsiya mexanizmi bununla bitmir. Dövlət tərəfindən rayon Təhsil Şöbəsinə ayrılan vəsaiti mənimsəmək üçün Ramella Məmmədova saxta tenderlər keçirir və külli miqdarda “otkat”lar alır. Füzuli rayon məktəblərində çalışan müəllimlər yazır ki, Ramella Məmmədova müəllimlərin hər birinin məzuniyyət pulundan 100 manat alır, məktəb direktorlarının isə hər birindən 5 min manat gətirməyi tələb edir. Və direktorlara deyir ki, böyük miqdarda məmisəmə ortaya çıxıb, onu “bağlamaq” istəyirəm. Müəllimlər deyir ki, onsuz da maaşımız azdır, nə üçün Ramellaya 100 manat verməliyik.
Bütün bunlar azmış kimi, rayonun məktəb direktorları, müəllimləri arasında saxta diplomla çalışanlar da var. Məsələn, saxta diplomla məktəbdə müəllimə işləyən Pərvanə Quliyeva həm də məktəb direktorunun müavinidir və qeyri-qanuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb.
Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Rayondakı məktəb direktoru, müavinlərin çoxu qohum-əqrəba, baldız, qayın, kirvədir. Məsələn, Təhsil Nazirliyindən attestasiyadan keçməyən İlahə Qəmbərova direktordur. Çünki icra başçısı Alı Alıyevin baldızı qızıdır. Bakı şəhərində yerləşən 2 N-li məktəbin direktoru Alı Alıyevin əmisi oğlunun həyat yoldaşı Svetlana Məmmədovadır. Qayıdış 2 N-li məktəbin direktoru Rəna müəllimə başçının dayısı qızıdır. Qayıdış 5-Nli məktəbin direktoru Alı Alıyevlə kirvədir. Zobucuq 27 saylı məktəbin direktoru isə Gəncə müəllimlər insitutunu saxta diplomla bitirmiş Elşaddır. Onu kiminsə xahişi ilə məktəbə direktor təyin ediblər. Bu siyahını kifayət qədər uzatmaq olar. Amma nə ehtiyac var..?
Ramella Məmmədova yüksək vəzifəli şəxslərin adını tez-tez çəkdiyi üçün məktəb direktorları və müəllimlər ondan qorxurlar. Ramellanın sirrli macəraları bununla bitmir. Bu yazıları başqa xəbər saytlarından götürmüşük. Amma növbəti yazıda geniş mövzulara toxunacağıq.
Redaksiyamıza daxil olan məlumata görə, Ramella Məmmədova bütün sənədlərinə əl gəzdirərək, bütün düzəlişləri edib. Saxtalaşdırma tək bununla bitmir. Ramella Məmmədova Dövlət İmtahan Mərkəzini-zadı saya salmır, kimi istəyirsə müsabiqədən keçmədən vəzifəyə təyin edir. Bizim hazırda apardığımız araşdırma Ramella Məmmədovanın diplomunun axtarışı ilə bağlıdır. Və Ramella Məmmədovanın diplomunu tapan kimi, yaxın xarici ölkələrdən birinə rəsmi sorğu ünvanlayacağıq.
P.S. Deyirəm, Ramella xanım yaman yerdə axşamlamısan, çünki hər şeyi saxtalaşdıra bilsən də, ləğv olunmuş məktəblərin diplomunu dəyişə bilməzsən. Çətindir, elə deyilmi? Biz heç vaxt dövlətimiz və dövlətçiliyimiz üçün lazım olan məsələlərdə güzəştə getmirik. //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ