SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Maqomayev məşhur sənətçinin həyatını necə xilas edib?

Maqomayev məşhur sənətçinin həyatını necə xilas edib?

Tarix:

30-10-2022, 20:40

/ 480 dəfə oxundu.
Maqomayev məşhur sənətçinin həyatını necə xilas edib?

Rusiyalı məşhur yumor ustası Vladimir Vinokur SSRİ xalq artisti Müslüm Maqomayevin Bakıda zəlzələ zamanı onu necə xilas etməsindən danışıb.

Kult.az xəbər verir ki, Vinokur bu xatirəsini Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsertdən sonra bölüşüb.

“Mənim Bakıda konsertim var idi. Konsertdən sonra məni otelə götürdülər. Səhər ayılanda yatağımın balkona tərəf getdiyini gördüm. Həmin vaxt Müslüm zəng elədi və dedi ki, zəlzələdir, vanna otağına get. Bir müddət sonra yenidən Müslüm zəng elədi və dedi ki, daha çıxa bilərsən. Mən heç vaxt belə vəziyyətlərdə olmamışam. Ona görə də nə edəcəyimi bilmirdim. Amma Müslüm mənə həyatda qalmağıma kömək etdi”, - Vinokur bildirib.

Şərhlər

XƏBƏR LENTİ