Polad Bülbüoğludan "Müslüm Maqomayev" qadağası — TƏFƏRRÜAT
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada məşhur opera ifaçımız Müslüm Maqomayevlə bağlı keçirilən tədirlərə qatılmır.
Əldə etdiyimiz məlumata görə, hətta 2011-ci ildə Maqomayevin səfriliyin ərazisindəki parkda Maqomayevin heykəli qoyularkən müvafiq sənədə imza atmaqdan imtina edibmiş. Lakin sonradan Bülbüloğlu sözügedən sənədi imzalamağa razılaşıb.
Qeyd edilir ki, səfir nəinki Maqomayevlə bağlı tədbirlərdə iştirak etmir, hətta səfirlik əməkdaşlarına "Maqomayevlə bağlı tədbirə getsəniz, sabah işə gəlməyin" formasında xəbərdarlıq edilib.
Səfirlik əməkdaşlarından birinin dediyinə görə, 2011-ci ildəki mərasimda Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Riayev, Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Diaspora rəhbəri Məmməd Əliyev iştirak edib.
Qeyd edilir ki, bu durum Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə də mənfi təsir göstərib. Hətta bildirilir ki, bu kimi şeylərə görə diaspora sahəsində fəaliyyət göstərən şəxslər səfirlikdən incikdirlər.
"Ölkə.Az"

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır