XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Müslüm Maqomayevin "qızı" həbs olundu

Müslüm Maqomayevin "qızı" həbs olundu

Müslüm Maqomayevin "qızı" həbs olundu
13-03-2017, 14:46

Rusiyada görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevlə bağlı qalmaqal yaşanıb.

Moskvadakı Şeremetovo hava limanında saxlanan qız dahi sənətkarın qızı olduğu iddia edilir.

Şənbə günü gecə saatlarında hava limanındakı polis 22 yaşlı Veronika Korotkov adlı qızı saxlayıb. O, komplektləmə bölməsində baqaj lentinin üzərinə çıxdığı üçün polis tərəfindən tutulub.

Saxlanılan zaman qız özünü olduqca aqresiv aparıb. O, polisə öz əməlinin səbəbini heç cür izah edə bilməyib. İndi onun psixi probleminin olub-olmadığı müəyyən edilir.

Baqaj lentinin üzərində Veronika Müslimovna Korotkova adına pasport tapılıb. Qızın anası yerli telekanallardan birinə gəncin müğənni Müslüm Mamqomayevin nikahdan kənar qızı olduğunu iddia edib.

Qadının iddiasına görə, o xalq artisti ilə 1993-cü ildə tanış olub. Bundan sonra Maqomayev bir neçə ay onunla görüşməyə çalışıb. Qadın qızının da məhz onunla görüşündən sonra doğulduğunu deyib.

Qızın anası sonrakı on ildə ifaçı ilə görüşməyə çalışdığını, lakin buna nail ola bilmədiyini demişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.