SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İcra başçısı içərisində milyonluq mal olan supermarketi bağlatdırdı - Masallıda ÖZBAŞINALIQ

İcra başçısı içərisində milyonluq mal olan supermarketi bağlatdırdı - Masallıda ÖZBAŞINALIQ

Tarix:

18-10-2022, 15:00

/ 426 dəfə oxundu.
İcra başçısı içərisində milyonluq mal olan supermarketi bağlatdırdı - Masallıda ÖZBAŞINALIQ

 
Masallıda sahibkar yeri icra hakimiyyətindən narazdır. Azər İsmayılov adlı sahibkar Masallıda yeni tikdirdiyi Supermarketinin bütün qanuni sənədlərinin olmasına baxmayaraq fəaliyyət göstərə bilmədiyini bildirib.

Xalqxeber.az -ın məlumatına görə, Manset.az-a müraciət edən sahibkar bildirir ki, aylardır tikdirdiyi supermarket tam hazırdır. Onlar Market fəaliyyəti üçün bütün lazimi texnikaları alıb, içəris isə külli miqdarda mallarla doldurduqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək onların fəaliyyətinə mane olub. Belə ki, nümayəndələr rayon rəhbərliyinin göstərişi ilə sahibkar Azər İsmayılova supermarketi qapatmaq tapşırığı veriblər. Daha sonra ərazidə post qurulub. Sahibkarın dəfələrlə icra hakimiyytinə müraciət etməyinə baxmayaraq məsələ həllini tapmayıb. İcərisində yarım milyondan çox ərzaq malları olan supermarket hazırda fəaliyyət göstərmir. Sahibkar isə aylardır işə qəbul etdiyi şəxslərə öz büdcəsindən ödənişlər edir. Azər İsmayılov bildirir ki, rayona yeni icra başçısı təyin olunduqdan sonra onun qara günləri başlayıb. Bu qeyri-yaşayış obyektindən əlavə sahibkarın daha bir qeyri-yaşayıb sahəsinin icra hakimiyyəti qarşısını hördürüb. Hazırda supermarketin içərisində olan yarım milyondan çox ərzaq malları xarab olmaq üzrədir.

“Bu yaxınlarda qanunsuz formada işığımı kəsdirdilər. Azərişıq rəhbərliyinin qəbuluna getdim, dərhal göstəriş verildi, problem həllini tapdı. Çünki sənədlərin qanunidir. Mən rayonda nə qədər xeyirxah işlər görmüşəm. Onları danışmaq mənə utanc verir. Çünki, vətən uğrunda şəhid olanlara qarşı xeyirxahlıq borcumuzdur. Rusiyada yaşayırdım. Vətən müharibəi zamanı cənab Prezidentin cağrışı ilə gəlib iş yerləri yaratmışam. Rayona kapital qoymuşam sonda da belə olub. İnanıram ki, dövlətim ədaləti bərpa edəcək. Rayondan işə qəbul edilən işçilər işə çıxacağı günü səbirsizliklə gözləyirlər.”

Məsələ ilə bağlı Manset.az Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında bunları deyib:

“Bilirsiz siz gərək icra hakimiyyətinə gələsiz. Mən də sizinlə görüşüb məsələni danışam. Deyəsən, orda sənədlərdə problemlər olmalıdı. Yer icarəyə götürülüb. Ancaq, Deyirlər içərisi malla doludu. Mən köməklik göstərməyə çalışacam.”


Şərhlər

XƏBƏR LENTİ