SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yevlaxda daha bir rüşvət qalmaqalı: “İcra Hakimiyyəti 4 min 600 manat pulumu aldı” – ŞİKAYƏT (VİDEO)

Yevlaxda daha bir rüşvət qalmaqalı: “İcra Hakimiyyəti 4 min 600 manat pulumu aldı” – ŞİKAYƏT (VİDEO)

Tarix:

24-09-2021, 14:44

/ 718 dəfə oxundu.
Yevlaxda daha bir rüşvət qalmaqalı: “İcra Hakimiyyəti 4 min 600 manat pulumu aldı” – ŞİKAYƏT (VİDEO)


“Cənab prezident, çox hörmətli Mehriban xanım! Sizdən xahiş edirəm mənə pul verin, məndə İcra Hakimiyyətinə verim ki, məndən əl çəksinlər”


Yevlax rayonunda daha bir sahibkar İcra Hakimiyyətindən narazıdır.

Bu barədə KanalS.az-a müraciət edən Müharibə veteranı, sabiq polis əməkdaşı, hal-hazırda təqaüddə olan, kiçik sahibkar Həsənov Əziz İsmayıl oğlu bildirib ki, Yevlax rayon İcra Hakimiyyəti kiçik sahibkaralıqla məşğul olmaqda ona maneçilik törədir. Sahibkar qeyd edir ki, evinin yaxınlığındakı ərazidə 24 kv metrlik yerdə kiçik mağaza tikməyə başlayıb. Tikinti başlayan zaman Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Xalid Əhmədov ərazidə aparılan tikinti işlərinin dayandırılması üçün tapşırıq verib. Bütün sənədlər qaydasında olduğu təqdirdə baş memarın tikintiyə icazə verməyib.

İcra Hakimiyyətinin Samir adlı əməkdaşı gəlib məndən 2000 (iki min) manat aldı, torpağı verdi.

Sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinin əməkdaşı Ruslan Məmmədov adlı şəxs mənə yaxınlaşaraq məndən 1600 (min altı yüz) manat pul aldı ki, icazə üçün sənəd alacam. İcra Hakimiyyətindən icazə sənədinin alınmadığını görüb, baş memar Xalid Əhmədova şəxsən İcra Hakimiyyəti binasının yaxınlığında, H.Zərdabi küçəsində 3000 (üç min) manat verdim. Əfsuslar olsun ki, hələ də tikinti üçün icazə sənədimi ala bilməmişəm. Həmin tikinti olan ərazidəki bütün mağazalar tikilərək, istifadəyə verildi. Çünki, bütün obyektlər İcra Hakimiyyətinin məsul şəxslərinin adamlarıdır.

Məsələ ilə bağlı dəfələrlə aidiyyatı qrumlara – Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, Ölkə başçısı İlham Əliyevə müraciət edən sahibkarın bu günə qədər müraciətləri cavabsız olaraq qalmaqda davam edir. 

Məsələ ilə bağlı hər yerə müraciət etmişəm. Müraciətimə baxan yoxdur. Keçən həftə rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin qəbulunda oldum. Rayon rəhbəri Anar Tağıyev bildirdi ki, “mənim vaxtım yoxdur“, bu işlə bağlı Xalid Əhmədov məşğul olur.

Daha sonra sahibkar qeyd edir ki, Xalid Əhmədov rayonda at oynadır.

Sahibkar redaksiyamız vasitəsi ilə Cənab Prezidentə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: “Cənab prezident və çox hörmətli Mehriban xanım! Mənə siz pul verin, məndə Yevlax rayon İcra Hakimiyyətinə verim ki, məndən əl çəksinlər!”

Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ