SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sahibkar İsmayıllının icra başçısına xəsarət yetirib – ŞOK İDDİA

Sahibkar İsmayıllının icra başçısına xəsarət yetirib – ŞOK İDDİA

Tarix:

7-11-2018, 15:10

/ 731 dəfə oxundu.
Sahibkar İsmayıllının icra başçısına xəsarət yetirib – ŞOK İDDİA

İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqovla bağlı ŞOK doğuracaq məlumat yayılıb.

AzToday.az xəbər verir ki, jurnalist Qənimət Zahid müəllifi olduğu “Azərbaycan Saatı” verilişində İsmayıllının icra başçısının iş adamı tərəfindən döyüldüyünü bildirib.

Onun sözlərinə görə, İsmayılllının qocalaşmış və qoltuqlaşmış icra başçısı rayonda tikinti materialları satan bir sahibkara “göz verib, işıq vermirmiş”: “Hər həftə adam göndərib, haqq istəyirmiş – Sement, kərpic, unitaz və nəqd pul”.

Jurnalist daha sonra bildirib ki, sahibkar günlərin bir günü bütün bunlardan bezib, icra hakimiyyətinə gedərək Mirdamət Sadiqova xəsarət yetirib. Olayın yay aylarında baş verdiyini deyən Qənimət Zahid qeyd edib ki, Mirdamət Sadiqov iş adamından şikayətçi olmayıb. Çünki sahibkar icra başçısının əsassız tələblərini özündə əks etdirən siyahi tutubmuş.

Müəllif qeyd edib ki, sahibkarın vurduğu xəsarətlərdən bir müddət müalicə almağa məcbur olan Mirdamət Sadiqov yalnız sağalandan sonra işə çıxıb…

Səslənən ittihamlarla bağlı İsmayıllı rayon İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı.

Şərhlər

XƏBƏR LENTİ