“Günəş şüası dəri xərçəngi yaradır” – Mütəxəssisdən XƏBƏRDARLIQ
Günəş bütün canlılar üçün həyat mənbəyi sayılır. Eyni zamanda günəş şüalarının D vitamini qaynağı olmağı ilə yanaşı, antibakterial təsirə malik olduğunu və qan dövranını yaxşılaşdırdığı da bildirilir. Lakin yer səthinə düşən radiasiya miqdarının normadan artıq olması Günəşin insan səhhətinə neqativ təsirini də artırır.
Buna görə də, son illərdə günəş kremlərinin (SPF) istifadənin zəruriliyi bildirilir. Lakin bir çox mütəxəssislər isə bildirir ki, SPF-lər dəri xərçəngi yaradır.
Maraqlıdır ki, əvvəlki zamanlarda SPF-lər bu qədər dəbdə olmayıb, bəs insanlar özlərini necə qoruyublar?
Dermatoloq İlqar Ağamirov Bizim.Media-ya bildirib ki, kremlər yox, Günəş şüaları dəri xərçəngi yaradır:
“Günəşin tərkibindəki radioaktiv şüalar xərçəng yaradır. Bunun üçün də SPF-lərdən istifadə etmək mütləqdir. Keçmişdə də dəri xəstələri olub. Lakin qabaqki zamanda insanlar Günəş şüalarından qorunmaq üçün uzun qol paltar və çətirlərdən istifadə ediblər. Yəni əvvəlki dövrdə də Günəş şüalarına çox məruz qalan şəxslərdə dəri xərçəngi yaranıb.
Lakin günümüzdə həmin risk qrupundakı insanlar həyatlarını məhdudlaşdırmamaq, uzunqol geyinməmək, çətir götürməmək üçün onlara şərait yaradılıb ki, SPF-lərdən istifadə etsinlər”.
Derrmatoloq qeyd edib ki, buna fotodermotid deyilir:
“İnsanlar Günəşə həssasdır. Günəşin tərkibindəki infraqırmızı, ultrabənövşəyi və radioaktivlik kimə düşmürsə, o, SPF-dən istifadə etməlidir. SPF-i gündə bir dəfə vurrmaqla yekunlaşmaq doğru deyil. Bu kremləri müəyyən saatlarda bir yeniləmək lazımdır”.
Bizim.Media

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?