Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
Azərbaycanda ilkin mərhələdə illik 4 000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri çərçivəsində baş tutub.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC, İsrailin "Granot International Agricultural Cooperative Society" LTD və "Agro Food Investments" MMC arasında ilkin mərhələdə 1 000 hektarlıq zeytun bağının salınması və illik 4 000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Məlumata görə. qabaqcıl texnologiyalar əsasında reallaşdırılacaq layihənin icrası rəqabətqabiliyyətli məhsul istehsalına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. Layihə çərçivəsində 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb