İsmayıllının icra başçısından özbaşınalıq... - Sahibkar Prezidentə müraciət etdi
"Mən Zülfiqarov Qüdrət Əlisan oğlu Göyçay rayon Şahsoltanlı kənd sakiniyəm sahibkaram kənd təsərüfatı texnikalarım var". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza edilən müraciətdə bildirilir.
Narazı sahibkar daha sonra yazır: "İki ildir ki İsmayıllı rayon İvanovka kolxozuna kənd təsərrüfatı işləri görmüşəm. Lakin pulumu və müqavilə ilə mənə borclu olduqları 20 ton arpanı ala bilmirəm. Hər dəfə 5800 manat pulumu və 20 ton arpamı istəyəndə kolxozun sədr müavini Vasili mənə bildirir ki, İsmayıllı icra başçısı anbarı açmağa icazə vermir Dəfələrlə aidiyyatı qurumlara müraciət etsəm də, icra başçısı işin arxasında olduğu üçün şikayətlərim ört-basdır edilir. Hətta mənim əvəzimə fakturaya saxta imza da çəkiblər.
Mən mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək xahiş edirəm, məsələnin həll olunması üçün müvafiq köməkliklər göstərilməsi üçün tapşırıqlar verilsin. Bu dediklərimi təsdiq edən səs yazıları da var ki kolxoz sədrinin müavini dediklərimi təsdiq edir".
İddia olunanlarlaa bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...