SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şamil Heydərov: Azərbaycanın iqtisadi inkişaf strategiyası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Şamil Heydərov: Azərbaycanın iqtisadi inkişaf strategiyası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Tarix:

30-08-2022, 13:06

/ 204 dəfə oxundu.
Şamil Heydərov: Azərbaycanın iqtisadi inkişaf strategiyası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır


Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Elə dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks  islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına  və  sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, ümummilli liderimizin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.
Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində 2003-cü ildən indiyədək Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye 3,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə artıb.
Pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və özəl sektora mənfi təsirlərinin azaldılması ilə bağlı ilk günlərdən dövlət orqanları qarşısında ciddi vəzifələr qoyulub, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin dəstəklənməsini əhatə edən çoxşaxəli tədbirlər görülüb, maliyyə-iqtisadi dəstək proqramları tətbiq olunub. Bütün bunlar isə ölkədə iqtisadiyyatın, o cümlədən biznesin fəallığının qorunub saxlanılmasını təmin edib. Bu dövrdə biznesin nümayiş etdirdiyi sosial məsuliyyət, “YAŞAT”, Qarabağ Dirçəliş fondlarına göstərilən dəstək sahibkarlığın inkişafı ilə bağlı məqsədyönlü siyasətin məntiqi nəticəsi, insan kapitalının inkişafının göstəricisidir. Həyata keçirilən tədbirlər, səmərəli dövlət-özəl sektor tərəfdaşlığı resessiyanın qısa müddətdə qarşısının alınmasına və artım tempinin sürətlənməsinə imkan verib. Təsadüfi deyildir ki, pandemiyanın təsirlərinin minimallaşdırılması məqsədilə görülmüş işlər, iqtisadiyyatın bərpası və inkişafı üçün həyata keçirilən tədbirlər sayəsində ölkə iqtisadiyyatı 2021-ci ili 5,6 faizlik artımla başa vurub. İqtisadi tərəqqi bütün sahələrin inkişafını, eləcə də ordumuzun güclənməsini şərtləndirir. Bu baxımdan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbədə sahibkarların da xüsusi töhfəsi vardır.
Gələcəkdə sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə bir sıra addımların atılması daim dövlətin diqqətində olmuşdur. Ölkəmizin biznes cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması, vergi və gömrük inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və sair sahələrdə reallaşdırılacaq tədbirlər özəl sektorun inkişafı və güclənməsinə yeni imkanlar yaradır.
İqtisadiyyatda mühüm rola malik olan özəl sektorun korporativ sosial məsuliyyət layihələri çərçivəsində əhalinin həssas qrupları ilə bağlı sosial dəstək və aktiv məşğulluq proqramlarına, o cümlədən şəhid ailələri və müharibə iştirakçılarının məşğulluğunun təminatına xidmət edən “Məşğulluq marafonu”na yüksək dəstək göstərilir.
Sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinin önəmlidir, iqtisadi fəaliyyətin genişlənməsinə töhfə verən qanunvericiliyin mövcud ehtiyaclar və reallıqlar nəzərə alınmaqla yenilənməsinin hər zaman diqqət mərkəzindədir. 
Azərbaycanın əldə etdiyi uğurlara sahibkarlar da öz töhfəsini verir. “Çin Karqo” şirkəti dövlət-sahibkar əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində öz səylərini əsirgəmir. 
Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın prioritet istiqamətlərindəndir. Sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, sahibkarlıq fəaliyyətinə müsbət təsiri vardır. 
Təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiq etdi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.
Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.
Hazırda dövlət tərəfindən "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, şəffaflığın artırılması istiqamətində ciddi işlər aparılır. Hər bir vergi ödəyicisi bu işdə öz üzərinə düşən məsuliyyəti dərk etməli, apardığı əməliyyatlarla bağlı düzgün uçot aparmalı, vergiləri vaxtında və tam hesablayıb ödəməlidirlər: "Lakin bəzi işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamır, ya da əmək müqaviləsində minimum əməkhaqqı həcmində maaş göstərməklə real məbləği gizlədirlər. Bununla vergilərdən və sosial sığorta haqqı ödənişlərindən yayınırlar.
Bundan başqa, bəzi ticarətçilər özləri xaricdən mal gətirmir, bunu karqo şirkətləri vasitəsilə həyata keçirirlər. Onlar bu yolla qeyri-rəsmi mal dövriyyəsini artırırlar. Təbii ki, qeyri-rəsmi daxilolma da qeyri-rəsmi satışa istiqamətləndirilir. Bildiyimiz kimi, bununla bağlı çox ciddi tədbirlər görülür. İstər fiziki şəxs olsun, istər hüquqi şəxs – sahibkarlar malları öz adlarına gətirməlidirlər. Əgər belə olarsa, ölkəyə rəsmi mal daxilolmalarının həcmi artacaq. Təbii ki, bu proses bazarlarda rəsmi sənədlərlə işləmək vərdişlərinə də müsbət təsir göstərəcək. Şəffaflaşma gömrükdən, idxaldan başlayır. Orada rəsmiləşdirmə düzgün aparılsa, növbəti mərhələlərdə də sahibkarlar bir-biri ilə əməliyyatları şəffaf aparacaqlar.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Əminik ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağ yenidən dirçəldiləcək, insanların öz doğma yurdlarına dönməsinə nail olunacaqdır.

Şamil Heydərov
“Çin Karqo” şirkətinin rəhbəri

Şərhlər

XƏBƏR LENTİ