SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Uu Öndər Heydər Əliyevin irsi xalqımızın milli sərvətidir

Uu Öndər Heydər Əliyevin irsi xalqımızın milli sərvətidir

Tarix:

25-04-2023, 14:47

/ 1 862 dəfə oxundu.
Uu Öndər Heydər Əliyevin irsi xalqımızın milli sərvətidir

 
Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir: "Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib. Ulu Öndər Heydər Əliyevin xalqımız üçün xidmətləri danılmazdır. Onun Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə həm inkişaf baş verib, həm də uzunmüddətli perspektiv açılıb. 
Ulu öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər gördü. Heydər Əliyev millətini bütün bəlalardan hifz edərək qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi. Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.
Uzun illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. 
Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
 
Aysel Mənsimova - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ