SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Müstəqillik dönəmi Azərbaycan iqtisadiyyatı

Müstəqillik dönəmi Azərbaycan iqtisadiyyatı

Tarix:

20-04-2023, 14:26

/ 482 dəfə oxundu.
Müstəqillik dönəmi Azərbaycan iqtisadiyyatı

Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırıb, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açıb.  
Müstəqillik tarixinin şərəfli dövrünü yaşayan Azərbaycan bütün istiqamətlərdə özünün qazandığı möhtəşəm uğurlara görə Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycanın iqtisadi və sosial inkişafı, iqtisadi təhlükəsizlik və dünya inteqrasiya sisteminə daxil olması dayanıqlı inkişaf strategiyasını əhatə edir. Bu baxımdan inkişafın əsas amili insan kapitalı, onun davranışı iqtisadi fəaliyyəti və mənəvi-maddi resursların artımına təsir edən bacarıqlı sistemi təşkil edir. 
Azərbaycanın müstəqillik illərinin uğuru respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini müdafiə etməsidir. Müxtəlif dövrlərdə insanların tələbat sistemi, insan kapitalının formalaşması müasir şəraitdə strateji planlaşdırma və idarəetmə sisteminin meyarı olaraq istifadə olunur. Azərbaycan iqtisadiyyatının sosial bazası 1996-cı ildən başlayan dayanıqlı inkişaf və yüksək artım sürətilə genişlənir. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi iqtisadiyyatın davamlı olaraq ümumdaxili məhsul, büdcə və valyuta ehtiyatlarını ildən-ilə artmasını göstərir. Həmçinin bu dövrlər ərzində sahibkarlığın inkişafı, enerji təhlükəsizliyi, yeni infrastruktur sahələri inkişaf edib. Əsasını Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan davamlı inkişaf strategiyası müstəqil Azərbaycanın siyasi və iqtisadi simasını müəyyən edir. Sürətli intibah yolunda qarşıya qoyulan hədəflərə inamla yetişən bütün sahələrdə respublikamızı beynəlxalq aləmdə ildən-ilə möhkəmləndirir və ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. 
Heydər Əliyevin siyasi iradəsi, təşkilatçılığı və bilavasitə rəhbərliyi Azərbaycanda formalaşdırılan və reallaşdırılan milli iqtisadi inkişaf modelinin prinsiplərində transformasiya dövrünü yaşayan ölkələrdə zərurətini və əhəmiyyətini sübut edir. Azərbaycanın bugünkü uğurlarının əsl mənbəyi 1993-2003-cü illərdə formalaşdırılan və reallaşdırılan siyasət nəticəsində yaradılmış iqtisadi zəmin olub. Məhz bu dövrlərdə Azərbaycanda ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın təməli qoyuldu. Heydər Əliyevin böyük səyi, iradəsi və idarəçilik məharəti sayəsində ölkədə qısa müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu iqtisadi sistemin transformasiyası ilə bağlı iqtisadi islahatların hüquqi bazasının yaradılmasına, sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlərin reallaşdırılmasının taktiki və strateji strategiyasını müəyyənləşdirməyə imkan verdi. Heydər Əliyev bir qayda olaraq sosial-iqtisadi vəziyyəti obyektiv qiymətləndirir, makroiqtisadi sabitliyə nail olmaq üçün qabaqlayıcı, privintiv tədbirlər görməklə, digər MDB ölkələrindən fərqli olaraq, belə bir mürəkkəb, ziddiyyətli şəraitdə gecikmə effektini minimuma endirdi. 
Heydər Əliyevin milli iqtisadiyyatın formalaşması və inkişafı ilə formalaşdırdığı iqtisadi siyasətin ana xətti onun neft strategiyası və "Əsrin müqaviləsi"nin bağlanması təşkil edirdi. Bu baxımdan Ulu öndər Heydər Əliyev tərəfindən işlənilən və uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın dərin iqtisadi böhrandan çıxmağın, iqtisadi təhlükəsizliyin və sabitliyin, regional əməkdaşlığın inkişafının, son nəticədə ölkəmizdə sabit və davamlı inkişafın təmin edilməsinin ümumi əsası hesab edilməlidir. 
Bu gün Azərbaycanda milli iqtisadiyyatın formalaşması və inkişafı sahəsində əldə etdiyi uğurlar bir daha əyani sübut edir ki, Ulu öndərin bilavasitə təşəbbüsü, iştirakı, rəhbərliyi ilə formalaşdırılan, həyata keçirilən iqtisadi siyasət mövcud reallıqlar şəraitində optimal və ən başlıca düzgün istiqamətlənmiş yeganə bir siyasətdir. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuş, müstəqilliyimiz möhkəmlənib, zəruri siyasi, iqtisadi islahatlar aparılıb, ölkədə demokratik proseslər dönməz xarakter alıb. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub sosial-iqtisadi inkişaf kursu 2003-cü ilin oktyabrın 31-dən başlayaraq onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən varislik prinsipini əsas götürməklə dahi uzaqgörənliklə, yaradıcılıqla inkişaf etdirir. İlham Əliyev uzunmüddətli strategiya ilə sosial dayanıqlığı, ədalətli bölgü sistemini, hər bir Azərbaycan vətəndaşının inkişafı strategiyasını əsas götürür.
 Vaxtilə Ulu öndərimiz tərəfindən təməli qoyulmuş "Uğur modeli" bu gün Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, qətiyyətli, sistemli, elmi cəhətdən əsaslandırılıb, ölkəmizin iqtisadi-sosial həyatının bütün sahələrində ardıcıllıqla və yüksək səmərəliliklə həyata keçirilir. 
 İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində bütünlükdə Azərbaycanda, eləcə də regionlarda sosial-iqtisadi inkişafın, idarəçilik, dövlət quruculuğu və beynəlxalq sahədəki fəaliyyətinin nəticələri onu uzaqgörən, analitik düşüncəli, iqtisadi və sosial prioritetləri vaxtında və düzgün müəyyənləşdirə bilən, ekstremal hallarda düzgün və optimal qərar qəbul edə bilmək bacarığına malik bir lider olduğunu sübut edib. Bizim uğurların təməlində siyasətimizdir, gələcəyə olan baxışlarımızdır, strategiyamızdır, birliyimizdir.  
 
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
 

Şərhlər

XƏBƏR LENTİ