XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Şirvan Şəhərində “Avtovağzal” Adı Ilə Fəaliyyət Göstərən “Şirvan Astanofkası” – FOTOLAR

Şirvan Şəhərində “Avtovağzal” Adı Ilə Fəaliyyət Göstərən “Şirvan Astanofkası” – FOTOLAR

Şirvan Şəhərində “Avtovağzal” Adı Ilə Fəaliyyət Göstərən “Şirvan Astanofkası” – FOTOLAR
11-05-2022, 22:23

 
Xəbəral.az xəbər verir ki, Şirvan şəhərində qanuni avtovağzalın fəaliyyət göstərməsinə baxmayaraq, bəzi, “işbazlar” “Şirvan astanofkası” deyilən ərazidə əlvə olaraq, qeyri-qanuni rayondan Bakiya sərnişin daşıma ilə məşqul olan taksiləri yığaraq yer pulları yığırlar.Çox təəssüf Şirvan da aidiyyatı qurumlar bu özbaşınalığa göz yumur.Avtovağzaladan-avtovağzala mədəniyyətini formalaşdırmağa imkan veməyən qanunsuz taksilər, mikroavtobuslar görəsən bu özbaşnalığı özbaşlarınamı edirlər? Bu suallar hər kəsi, ən çox da elə avtovağzal işçilərini, avtobus sürücülərini, vağzaldan istifadə edən sərnişinləri düşündürür. 

Bu gün Şirvan avtovağzalı olduğu halda, daha əlavə avtovağzalın olduğunu bilməyən yoxdur yəqin ki. Yoxdursa da, biz deyək, bilsinlər. Şirvan sakinləri Xəbəral.az-a müraciət edərək bildirirlər ki, bəli, bizim “kiçik vağzal”ımız və bir də “gizlin vağzal”ımız var. 

Bu qanunsuzluq Şirvan şəhərində illərdir hökm sürür.


Bəs Şirvan Şəhəri nəqliyyat agentliyinin nümayəndələri hara baxır?

Nəzərinizə çatdıraq ki, Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

Şirvan astanofkasında gizlin toplaşan, qanunsuz sərnişindaşıyanlar azmış kimi onlardan bəziləri bu işi səliqəli hala gətirərək yolun qarşısında həm kölgəli parklanması, həm də kafesi olan bir məkanı avtovağzala çevirib. Kim? Bax, sual doğuran məqam da elə budur. Vağzaldan bir az yuxarıda isə gözdən uzaq olan gizlin bir vağzal da var ki, orada vəziyyət bir az qəlizdir. Çünki göz qabağında olmayan bu vağzala sərnişin gəlmədiyi üçün aşağıda xüsusi şəxslər yerləşdirilib və onlar gətirdiyi hər müştəriyə görə sürücüdən qonarar alır. Biri alır, biri verir… Kimə? Bu suallar da cavabsızdır.


Araşdırmamız zamanı maraqlı sual doğurur!? Bəs Şirvan şəhər icra hakimiyyəti hara baxır?

Aydın bir məsələdir ki, hər kəsə “pul qazanır” deyə göz yumulsa o zaman bu şəhərin küçələrini özbaşnalıq “bəzəyər” və çörəkpulu qazananlar elə bir-biriini “didər”. Hər şey həddində olsa yaxşıdır. Pul qazanan zaman heç kimin çörəyinə bais olmaq düzgün deyil.
Bu gün Şirvan şəhərində sərnişin alveri quranlar özbaşınadırmı… 
Suallar cavabsız qalər. Sürücülər çörəkpulu qazanmaq istəyir, sərnişin isə mənzil başına tez çatmaq. Bunu təhlükəsiz və qanunlar çərçivəsində etmənin yolu var əlbət ki… Yəqin, tez bir zamanda bu məsələ də həllini tapar. Çünki qanunsuz sərnişindaşıma ilə məşğul olanlar tamahı ucbatından yollarda baş verən qəzalarda insanlar ölür.

Xəbəral.az mövzunu diqqətdə saxlayıb, sözügedən qanunsuzluğun qarşısının alınmasında Şirvan şəhər sakinlərinə köməklik göstərəcək.

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq

Xəbəral.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.