SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Çin Karqo” şirkətində “Heydər Əliyevin dövlətçilik siyasətində azərbaycançılığın yeri və rolu" mövzusunda konfrans keçirilib

“Çin Karqo” şirkətində “Heydər Əliyevin dövlətçilik siyasətində azərbaycançılığın yeri və rolu" mövzusunda konfrans keçirilib

Tarix:

29-04-2022, 16:52

/ 528 dəfə oxundu.
“Çin Karqo” şirkətində “Heydər Əliyevin dövlətçilik siyasətində azərbaycançılığın yeri və rolu" mövzusunda konfrans keçirilib

“Çin Karqo” şirkətində Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyevin dövlətçilik siyasətində azərbaycançılığın yeri və rolu" mövzusunda konfrans keçiririlmişdir.
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayış olunduqdan sonra “Çin Karqo”-nun rəhbəri, tanınmış iş adamı Şamil Heydərov çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib. Bildirib ki, bu günlərdə eyni zamanda Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü qeyd olunur. Zərifə xanımın Azərbaycana cənab İlham Əliyev kimi Prezident və Ali Baş Komandan bəxş edən bir ana olaraq, hər zaman tarixdə qalacağını qeyd edib.
Şamil müəllim həmçinin Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi barədə ətraflı məlumat verib. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyni qeyd edib. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışının ilk günündə etdiyi çıxışda azərbaycançılığı dövlət idarəçiliyi fəlsəfəsində  əsas tezis kimi irəli sürdüyünü xatırladıb. Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir vətəndaşın milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olduğunu vurğulayıb. 
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.
Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olub. Ölkədə həyata keçirilmiş aqrar islahat, özəlləşdirmə prosesi hər bir vətəndaşın marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edib. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışıb. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini qeyri-
neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilib.

Şərhlər

XƏBƏR LENTİ