Heydər Əliyev mərkəzində silsilə tədbirlər davam edir - Hacıqabulda
2017-ci il may ayının 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ili tamam olur.Bu münasibətlə Hacıqabul rayonunda onun adını daşıyan Heydər Əliyev Mərkəzində may ayının 1-dən silsilə tədbirlərə və ekskursiyalara start verilib.May ayının 1-də “Həmişəyaşar Lider” adlı tədbir keçirildi.04.05.2017-ci il tarixində kino zalında Mərkəzin direktoru Aytən Zülfəliyeva tərəfindən Ulu öndər Heydər Əliyevə həsr olunmuş mühazirə oxundu.05.05.2017-ci il tarixində isə “Azərbaycan gənclərinin həyatında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa, 10 may tarixində isə məktəblilər arasında Heydər Əliyevə həsr olunmuş 5 dəqiqəlik “Ən gözəl çıxış” müsabiqəsi keçiriləcək. Bundan başqa mərkəzdə “Açıq Qapı” günləri, ekskursiyalar keçirilir, Heydər Əliyevə həsr olunmuş “Şəxsiyyət”, “Əbədiyyət yolu” və s. filimlər nümayiş olunur. 01.05.2017-ci il tarixindən qrafik əsasında rayonun bütün məktəblərindən müəllim və şağirdlər, idarə və təşkilatların nümayəndələri Heydər Əliyev mərkəzinə gəlirlər.Mərkəzin bələdçisi gələn qonaqlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla yanaşı mərkəzdə “İslam Həmrəyliyi İli” və “İslam Həmrəyliyi oyunları” ilə əlaqədar açılmış sərgilər barədə də geniş məlumat verir.
Aytən Zülfəliyeva,
Heydər Əliyev Mərkəzinin direktoru

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək