SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Tarix:

12-12-2021, 10:00

/ 685 dəfə oxundu.
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Xalqxeber.az xəbər verir ki, dekabrın 12-də Prezident İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.


Şərhlər

XƏBƏR LENTİ