SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İcbari Sığorta (Günay Sığorta) şirkəti işini yerinə yetirmir Hərbiçini qəsdən get-gələ salıb

İcbari Sığorta (Günay Sığorta) şirkəti işini yerinə yetirmir Hərbiçini qəsdən get-gələ salıb

Tarix:

25-04-2022, 12:37

/ 393 dəfə oxundu.
İcbari Sığorta (Günay Sığorta) şirkəti işini yerinə yetirmir Hərbiçini qəsdən get-gələ salıb

 
Sığorta, risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü mexanizmdir. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.

Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında əldə edilən razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqını ödəməyi, sığortaçı isə göstərilən itkilər baş verdikdə zərəri – sığorta ödənişini ödəməyi öz üzərinə götürür.

Sığortalı, sığorta müqaviləsi əsasında öz həyatını, sağlamlığını, əmlakını, məsuliyyətini sığorta etdirən və bunun qarşılığında sığortaçıya müəyyən məbləğ (sığorta haqqı) ödəyən şəxsdir.

Xalqxeber.az Zirveyolu.info-ya istinadən xəbər verir ki,Redaksiyamıza daxil olan məlumata görə 24.02.2022-ci il tarixində Tovuz rayonunda iki avtomobil toqquşub. Avtomobillərdən biri Chevrolet Cruze maraklı, digəri isə Niva VAZ 2121 markalı avtomobil olmuşdur. Hadisə yerinə polis əməkdaşları və Sığorta idarəsinin nümayəndəsi baxış keçirmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, qəzaya səbəb Niva VAZ 2121 markalı avtomobil olmuşdur. Belə ki, qəza nəticəsində Niva VAZ 2121 markalı avtomobil Chevrolet Cruze markalı avtomobilə 6200 (altı min iki yüz) manat məbləğində ciddi ziyan vurmuşdur. Onu da qeyd edək ki, Chevrolet Cruze markalı avtomobili idarə edən şəxs hərbiçi Vəliyev Səməd Nəsrəddin oğlu olmuşdur. O, da haqlı olaraq qarşı tərəfdən yəni qəzaya səbəb olan Niva VAZ 2121 markalı avtomobilin sahibindən idarə etdiyi Chevrolet Cruze markalı avtomobilə dəymiş ziyanın ödənilməsini tələb etsə də, qarşı tərəfin İcbari Sığorta şirkəti olan Günay Sığorta Şirkəti bu məsələyə ciddi yanaşmır, avtomobilə dəymiş ziyanı ödəmir və həmçinin zərərçəkmiş şəxsin Hərbiçi olduğunu bilə-bilə onu incidərək 2 aydan çoxdur ki, bu Günay Sığorta Şirkəti Hərbiçini get-gələ salıb. Axı hərbiçilər daim Vətənin keşiyində dayanan igidlərimizdir. Vətəni qoruyan hərbiçilərimizə qarşı bu cür hərəkət sözün əsl mənasında hörmətsizlikdir. Hərbçilərə hörmətsizlik yolverilməzdir. Əksinə onlara xüsusi hörmət olunmalıdır.

İndi isə zərərçəkmiş şəxs Vəliyev Səməd Nəsrəddin oğlunun müraciətini təqdim edirik.

Mən Vəliyev Səməd Nəsrəddin oğlu 24.02.2022-ci ildə Tovuz rayonunda idarə etdiyim Chevrolet Cruze maraklı, 99 SS 072 qeydiyyat  nişanlı  avtomobillə hərəkətdə olan zaman Niva VAZ 2121 markalı avtomobil mənim idarə etdiyim Chevrolet Cruze markalı avtomobilə çırpıldı. Hadisə yerinə Polis əməkdaşları və Sığorta nümayəndələri baxış keçirdi. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, hadisənin baş verməsinə səbəb Niva VAZ 2121 markalı avtomobil olub. Və nəticədə  mənim idarə etdiyim Chevrolet Cruze markalı avtomobilə 6200 (altı min iki yüz) manat məbləğində ciddi ziyan dəydi.  Qəzaya səbəb olan Niva VAZ 2121 markalı avtomobil  İcbari Sığorta (Günay Sığorta) şirkəti tərəfindən sığortalı olduğundan mənə dəymiş ziyanın ödənilməsi üçün Şəmkir filialına yaxınlaşdıq ki, həmin sığortanın qiymətləndirmə aktı üçün arayış alaq, lakin arayış verilmədi. Mənim idarə etdiyim Chevrolet Cruze markalı avtomobilə dəymiş ziyanın 6200 (altı min iki yüz) manat məbləğində olduğu halda Günay Sığorta şirkəti 3200 (üç min iki yüz) manat pul ayrıldığını bildirdi. Mən də məbləğ artırılsın dedim, heç bir məbləğ də artırılmadı. Əksinə ilkin ayrılmış 3200 (üç min iki yüz) manat məbləği götürmək istəyəndə onu da vermədilər və mənə bildirdilər ki, Siz razılıq ərizəsi yazmalısız, əks halda o pul Sizə verilməyəcək. Mən də  Müraciətimdə onlara bildirdim ki, mən Hərbiçiyəm vaxtım olmur tez-tez gedib gəlməyə, bu işlə məşğul olmağa, mənə köməklik edin. Bütün bunları desəm də Günay Sığorta şirkəti tərəfindən mənə heç bir köməklik olunmadı. Hadisənin baş verməsindən 2 aydan da artıq vaxt keçməsinə baxmayaraq mən hələ də mənim idarə etdiyim avtomobilə dəymiş ziyanın qarşılığında  qarşı tərəfin  sığortalı olduğu Bakı şəhəri İnşaatçılar prospekti 75 ünvanında yerləşən İcbari Sığorta (Günay Sığorta) şirkəti tərəfindən heç bir ödəniş almamışam. Hal-hazırda avtomobil qəzalı vəziyyətdədir. İcbari Sığorta (Günay Sığorta) şirkəti isə bu məsələyə laqeyd yanaşır. Nəyə görə bu Günay Sığorta şirkəti qanuna əməl etməyərək işinə məsuliyyətli yanaşmır, ancaq vaxtı uzada-uzada gedir, həmçinin vətəndaşa qarşı kələkbazlıq edir?. Çox xahiş edirəm bu Şirkətin qanunauyğunsuzluqlarına bir açıqlama verilsin və bu özbaşınalığa da son qoyulsun.


Şərhlər

XƏBƏR LENTİ