SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dama, dama göl... manat, manat MİLYON... - “Bank of Baku”dan ŞİKAYƏT

Dama, dama göl... manat, manat MİLYON... - “Bank of Baku”dan ŞİKAYƏT

Tarix:

4-01-2022, 10:50

/ 1 073 dəfə oxundu.
Dama, dama göl... manat, manat MİLYON... - “Bank of Baku”dan ŞİKAYƏT

“Bank of Baku” müştərilərinin kart hesabından hər çıxardığı 100 manata görə 1 manat komissiya haqqı tutur. Ölkədə əksər banklar belə iş tutmur. Bu da müştərilərdə ciddi narazılıq doğurmaqdadır. Hətta bankın xidmətindən imtina edənlər, kartlarını geri qaytaranlar var. Çünki heç bir əsas olmadığı halda vətəndaş öz kartındakı pulu nağdlaşdırmaq istəyəndə ondan 1 manat tutulur. Hətta bankomatdan 20,30,50 manat belə nağdlaşdırmaq istəsən yenə 1 manatın gedir. Təsəvvür edin ki, “Bank of Baku” hər gün minlərlə manat bu şəkildə vətəndaşdan mənimsəməklə qazanc əldə edir. Halbuki heç bir bankda belə şərt yoxdur. Misal üçün kartınıza fiziki şəxs tərəfindən 100 manat köçürülür, lakin siz nağdlaşdıranda 99 manat ala bilirsiniz. İstənilən bankdan maraqlanın, çoxu bu cür addım atmır. Axı nə üçün vətəndaşa çatacaq vəsait bank tərəfindən yeyilməlidir? Burada xarici ölkədən transfer yoxdursa, hər hansı maliyyə əməliyyatı aparılmırsa, sadəcə karta mədaxil və məxaricdirsə, niyə komissiya olmalıdır? Əgər hər hansı əsası olsaydı digər banklar da öz müştərilərindən pul tutardılar. Deməli, “Bank of Baku özfəaliyyət etməkdədir. Qeyd edək ki, kütləvi şəkildə narazılıq var. //tia.az//

Şərhlər

XƏBƏR LENTİ