SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Bank of Baku” bu il zərərlə işləyib

“Bank of Baku” bu il zərərlə işləyib

Tarix:

30-04-2019, 23:00

/ 1 108 dəfə oxundu.
“Bank of Baku” bu il zərərlə işləyib

“Bank of Baku" ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 270,631 milyon manat təşkil edib.

Bu, ötən il aprelin 1-i ilə müqayisədə 13,2% azdır. “Bank of Baku"nun aktivlərinin 180,927 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 1,7% böyüyüb.

Hesabat dövründə “Bank of Baku"nun cəmi öhdəlikləri 13,5% azalaraq 238,531 milyon manata, o cümlədən depozit portfeli 20,1% azalaraq 142,345 milyon manata, Bankın cəmi kapitalı isə 11,3% azalaraq 32,1 milyon manata düşüb.
Bu ilin I rübündə “Bank of Baku"nun faiz gəlirləri 10,505 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 4,3% az), faiz xərcləri 3,079 milyon manat (30,1% az), qeyri-faiz gəlirləri 1,406 milyon manat (51% çox), qeyri-faiz xərcləri 6,942 milyon manat (76,6% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 11,483 milyon manat (1 il bundan əvvəl qənaət edib), gözlənilməz gəlirləri isə 1,84 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib. Son nəticədə Bank rübü 7,752 milyon zərərlə başa vurub. Halbuki maliyyə qurumu ötən ilin eyni dövründən 234 min manat mənfəətlə çıxmışdı.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-li səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Şərhlər

XƏBƏR LENTİ