SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ETSN çətin sual qarşısında QALIB? - İTTİHAM

ETSN çətin sual qarşısında QALIB? - İTTİHAM

Tarix:

16-12-2021, 09:03

/ 538 dəfə oxundu.
ETSN çətin sual qarşısında QALIB? - İTTİHAM



Redaksiyamıza Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlu bir video müraciətlə şikayət ünvanlayıb. 

Xalqxeber.AZ xəbər verir ki, bu barədə "azinfo.tv"də yayılan məlumatda deyilir.

Onun dediyinə görə, Vüqar Kərimov meşələri yerli ekologiya və meşə işçilərinin əli ilə məhv etdirir, meşə torpaqların qazdırıb satdırır. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyinin 24 saylı dolayında 1.00 ha yaxın ərazi qazılaraq torpağı satılıb. Sözügedən qazıntıyla bağlı Cəlilabad və Masallı sakinləri şikayət verib, amma buna baxmayaraq Ekologiya Nazirliyi hələ də bildir ki, guya qazıntı aparılan yerin dövlət meşə fondu və ya Hüseynhacılı kənd ərazisi olduğun müəyyən edə bilmirlər. Bunlar, 4 aydır ki, həmin yeri hara torpağı olduğun müəyyən edə bilmirlər. Ə.Nəhmətov bildir ki, siz necə bir qurmusunuz ki, artıq 4 aydır ki, bir yeri ayırd edə bilmirsiniz?! Biz, sözügedən yeri ayırd etmək üçün Gürcüstan və ya Rusiyadanmı mütəxəssislər çağıraq?! Bu nə biyabırçılığdır.

Səsləndirilən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ