Cəlilabadda YAŞIL TERRORU kim durduracaq? - VİDEOFAKT
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə dolaylarında meşələr direktor Adım Ismiyev və əl altıları tərəfindən kütləvi "soyqırıma" məruz qalır və bu barədə biz kifayət qədər xəbər portallarımızda məlumat vermişdik. Amma çox təəssüflər olsun ki, Ekologiya Nazirliyi tərəfindən nə hər hansı bir açıqlama verə bilmişdilər, nə də bir tədbir görülmüşdür.
Xalqxeber.az xəbər verir ki, azinfo.tv saytı bu barədə məılumat yayıb.
Redaksiyamıza Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlu bir video müraciətlə şikayət ünvanlayıb.
Onun dediyinə görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev öz tələbə yoldaşı olan ETS-nin müavini Vüqar Kərimovun göstərişilə, həm də ona arxayın olaraq bizim Cəlilabad meşələrində "soyqırım" işi həyata keçirdir və özü də bu işi çox arxayıncasına edir.
Göytəpə meşəbəyliyinin 11 saylı dolayında ağaclar kütləvi olaraq kəsilib. Tək 11 saylı dolay yox, digər meşəbəylik və doıaylarda da vəziyyət ürəy açan deil. Bu gün bizim kəndin qazı və işığı olduğu halda görəsən, kəndimizin yanında kı, bu dolayın ağacları kəsilib hara daşınır?!
Bütün bu qırıntılar 1 saylı Regional Ekologiya İdarəsinin işçilərinin razılığı ilə baş verir.
Meşə sahəsinə aid olmayan şəxsləri (qeyri-meşəçilıri) gətirib bu sahəyə qoyublar vəzifə başına.
Vətəndaş Ölkə başçısından xahiş edir, kömək istəyir : "Ancaq bizə Siz kömək edə bilərsiniz, cənab Prezident".
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...