SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cənub meşələrinə qənim kəsilən KİMDİR? - İTTİHAM VAR!

Cənub meşələrinə qənim kəsilən KİMDİR? - İTTİHAM VAR!

Tarix:

1-01-2022, 18:30

/ 985 dəfə oxundu.
Cənub meşələrinə qənim kəsilən KİMDİR? - İTTİHAM VAR!

Dəfələrlə Masallı ərazisində olan "Viləşçay" yatağında kı, qum, torpaq və qrabillərin "ekskavatorlar"la qazılıb, "kamaz" və "zil" markalı maşınlarla daşındığı barədə videogörüntülər yayımlamışdıq. Amma çox təəssüflər olsun ki, ETSN-dən bizə bildirirdilər ki, bunlar köhnə (bir neçə il öncənin) çəkilişləridir. Yerli sakinlər və şikayətçilır sözügedən qazıntının başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və 1 saylı Regional Ekologiya İdarəsini rəisi Şakir Quliyev durduğunu bildirirlər.
Neçə olur ki, 1 saylı REİ-nin əməkdaşları sözügedən qazıntının yanından gündə bir neçə dəfə oyana-buyana keçib yollarda kı, Masallıda olan mebel sexlərinə yerli meşə materialı aparan maşınları müşayət edən zaman orada baş verən prosesləri görmürlər?!

Xalqxeber.az xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.

Hətta hazırda sözügedən qazıntılar bağlı yoxlama keçirilsə belə açıq-aydın görünəcək ki, bu qazıntılar yenidir.
27.12.2021-ci il tarixdə Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlu "viləşçay" yatağında olan qazıntıyla bağlı bir video müraciət göndərmişdi və o video müraciətdə açıq-aşkar bildir ki, bu "ekoloji soyqırım"ın başında ETSN-nın müavini Vüqar Kərimov və 1 saylı Regional Ekologiya Idarəsinin rəisi Şakir Quliyev durur.
Biz, sözügedən videomüraciəti mətbuatda işığlandırandan sonra, Əli Nəhmətovun dediyinə götə, elə həmin gün 1 saylı Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev telefon vasitəsilə Əli Nəhmətova zəng vuraraq xahiş etmişdi ki, sən gəl, videoçəkilişlər etmə və bizim adımızı hallandırma, nə istəyirsən sənin üçün edim. Şakir Quliyev 28.12.2021-ci il tarixdə bir başa Cəlilabad rayonun Ağdaş kəndinə gedib və Əli Nəhmətovla görüşüb və ondan xahiş edətək ona bildirib ki, get meşədən dolan (Yəni, odun və.çılə qır sat) , amma xahiş edirəm bizimlə işin olmasın.
Sənə hətta Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işdə veriləcək və s. Ş.Quliyev Əliyə deyib ki, guya həmin qazılan qrabillər çəmi 3 maşın olub və şəhid ailəsi üçün aparılıb. Əli Əhmədov isə ona "bizim şəhidlər elə həmın torpaq uğrunda öz canlarından keçdi, siz isə onların adıarından istifadə edirsiniz"- bildirib. Şakir nəhayət Əli Əhmədovdan izahat alıb və Əli bildirir ki, gördüm sözügedən qazıntıyla bağlı aktı köhnə tarixə yazırlar, mən isə onlara dedim ki, bu iş dünən olub.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ