YAŞAT Fondu Qazimizə PUL TAPA BİLMİR? - Qazimizin qardaşı HARAY ÇƏKDİ
“5 aydır ki, komada olan qardaşım Yaqub Qəhrəmanlının vəziyyəti çox ağırdır. Onu vəziyyətindən dolayı Türkiyədəki tam təşəkküllü xəstəxanalar qəbul etmir. Hal-hazırda Yaşat fondunun dəstəyi ilə qazimizi qəbul edən aşağı səviyyəli özəl bir xəstəxanaya yerləşdirmişik. Çox xahiş edirik ki, prossesə dövlət tərəfindən müdaxilə olunsun və qazimizin müalicəsi Türkiyədə ya da digər xarici dövlətlərdə yaxşı bir xəstəxanada təmin edilsin”
Bunu Moderator.az-a açıqlamasında 2-ci vətən müharibəsi qazisi Yaqub Qəhrəmanlının qardaşı Rahil Qəhrəmanlı deyib. O daha sonra əlavə edib.“Yaqub Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Başının arxasında qəlpə qalıb. Bədəninin sol tərəfi işləmirdi, 2 ay əvvəl qardaşımı Türkiyədə dövlət xəstəxanasına yerləşdirmişdik. Həkim demişdi ki, onun başında əməliyyat olunandan sonra kök hüceyrə köçürəcəyik. Biz infeksiyasını qurtarıb gətirmişdik, amma burada ona infeksiya da düşüb. Hətta infeksiya beyninə düşüb. Hazırda reanimasiyadadır. Hətta özünü sığortalamaq üçün onların professoru da mənimlə danışmışdı ki, hər şey gözləyin, bu uşaq ölə də bilər. Mən o baxımsızlığı görəndən sonra digər xəstəxanalara da müraciət etdim. Sağ olsun Yaşat Fondu, bütün maddi baxımdan dəstəkləyir, amma heç bir güclü özəl xəstəxana qardaşımı qəbul etmək istəmir. Xəstəxanalara müraciətlər də ünvanlanıb. Qardaşımı ayağı ilə gətirmişik Türkiyəyə, heç bir problemi yox idi, sol tərəfi iflic idi. Kiçik bir əməliyyat olunub, komaya sallıblar 5 aydır onu. Əgər xəstəni qəbul etmirsənsə demək ki, vəziyyəti ağırdır. Əgər heç bir xəstəxana qəbul etməyəcəksə İsrailə, Almaniyaya müraciət edək ki, yaxşı bir xəstəxanada müalicə alsın. Çünki biz onu aparıb evdə də baxa bilmərik, mədəsindən açılan dəlik vasitəsilə yemək yeyir, boğazından nəfəs yolu açılıb. Xahiş edirik qardaşımın probleminin işıqlandırılmasında bizə köməklik edəsiniz” deyə qazinin qardaşı bildirib.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...