SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » FƏTO işindən çıxan Fərhad Məmmədov pulların hesabını verəcək? - Yeyinti dəzgahı…

FƏTO işindən çıxan Fərhad Məmmədov pulların hesabını verəcək? - Yeyinti dəzgahı…

Tarix:

15-01-2019, 22:50

/ 2 176 dəfə oxundu.
FƏTO işindən çıxan Fərhad Məmmədov pulların hesabını verəcək? - Yeyinti dəzgahı…

Gənc məmurlardan daha biri - Fərhad Məmmədov erası bitdi. Necə ki, Elnur Aslanov, Elşad İsgəndərov yüksək vəzifələrdən alınmışdılar. Onlar nurçu işinin qurbanları idi.

Cahan.info xatırladır ki, o zaman Fərhad Məmmədov özünü çətinliklə də olsa, mühafizə edə bilmişdi. Amma vaxt-vədə yetişdi, onun da “əcəl zəngi” çalındı.

Səbr kasasını daşıran son damla isə onun Ankaradakı geydirmə, pulsilən dəzgahına xidmət edən tədbir oldu. F.Məmmədovun heç bir iş görmədiyi təsdiqləndi.

Ona görə də prezident İlham Əliyev Strateji Araşdırmalar Mərkəzini (SAM) ləğv etdi. Bundan sonra F.Məmmədov ya ölkədən gedəcək, ya da görülməyən işlərin müqabilində yuyulan pulların hesabını verəcək.

Fərhad Məmmədovun adı zaman-zaman “Gülən şəbəkəsi”nə bağlılıqda hallanıb. Bu da onun Elnur Aslanovla yaxınlığıilə bağlı idi.

Elnur Aslanov 2014-cü ildə Prezident Administrasiyasındakı vəzifəsindən çıxarılıb Rabitə Nazirliyinə göndəriləndə ən sərt təpkini də Fərhad Məmmədov vermişdi.

“Nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır. Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur”, - deyə F.Məmmədov qərara etiraz etmək cəsarəti göstərmişdi.

Cahan.info xəbər verir ki, SAM sədri işdə saxlanılsa da, səlahiyyətləri azaldılmışdı. Mərkəzin fəaliyyətinə nəzarət Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinə verilmişdi.

2017-ci ildə SAM yenidən müstəqil quruma çevrilsə də, fəaliyyətində hər hansı dəyişiklik olmadı. Bu da axırı…Ona verilən şans və göstərilən etimad özünü doğrultmadı.

F.Məmmədovun bu qurumdan yalnız pul yumaq üçün istifadə etdiyi aydınlaşdı. Siyasi şərhçi Azər Rəşidoğlu feysbukda yazıb ki, vacib qurum idi, sadəcə işi gücləndirmək lazım idi. Politoloq Elxan Şahinoğlu isə əksini düşünür:

“Prezident doğru qərar verdi. Administrasiya yanında Strateji Araşdırmalar Mərkəzi gərəksiz quruma çevrilmişdi. Onların nə işlə məşğul olduqları bəlli deyildi.

Bölgədə bu qədər proses baş verirdi, bu Mərkəzdən tık səs də çıxmırdı, ortada nə analizlər, nə proqnozlar, nə də bu analiz və proqnozları səsləndirənlər var idi.

Əvəzində mənasız səfərlər təşkil edir, oxunmayan dərgilər dərc edir, faktiki pul silirdilər.Büdcəni bu cür yüklərdən azad etmək lazımdır. Analizlərə və proqnozlara isə həmişə ehtiyac var”.

Bu səbəbdən də bir çox siyasi ekspertlər Mərkəzin bağlanmasını təklif edirdilər. Bunu da SAM-ın dövlət aparatında siyasi rəhbərliyə kömək məqsədilə yaradılmasına baxmayaraq, üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi ilə izah edirdilər.

AMEA-da, eləcə də müvafiq qurumlarında müəyyən spesifik tədqiqatla məşğul olan qruplar olduğundan SAM-ın lüzumsuz bir qurum olduğu vurğulanırdı.

Həqiqətən də Azərbaycanda SAM-ın nə iş gördüyü, hansı fəaliyyəti göstərdiyi məlum deyildi.

Cahan.info xəbər verir ki, tədbir və səfərlər əsasən pul “yuyulmasına” xidmət edirdi. Sonunci belə tədbirlərdən biri böyük qalmaqala səbəb olmuşdu.

İndi SAM sədrini nə gözlədiyini söyləmək çətindir.Lakin hesablaşma olacağı istisna deyil. Maliyyə mənimsəmələrinin araşdırılması gözləniləndir.

SAM-ın Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzi (SETA) ilə birgə Ankarada “Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans adı altında təşkil etdiyi tədbirin də gözdən pərdə asmağa xidmət etdiyi ortaya çıxmışdı.

Xatırladaq ki, bunu konfransa dəvət olunan qonaqlardan biri – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ifşa etmişdi.

Baş redaktorun açıqlamasından belə məlum olmuşdu ki, SAM rəhbərliyi növbəti dəfə pul “yumaq” üçün bir qrup media nümayəndəsini beynəlxalq konfrans adı ilə Ankaraya aparıb.

Tədbirin keçirildiyi zalda isə Azərbaycandan aparılan 15 redaktordan əlavə çox az sayda adam olub. Yəni, bizimkilərin özləri deyib, özləri eşidiblər.

“Nəyə lazımdır, bu oyuncaq konfranslar?Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm?

O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün?Axı hamı şahid oldu ki, tam boşuna bir tədbir idi.

Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!

SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar”, - deyə Rauf Arifoğlu Fərhad Məmmədovu ittiham etmişdi.

Şərhlər

XƏBƏR LENTİ