SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səfir Qüdsü Osmanovun adı qanunsuz pul köçürmələrində hallanır - İDDİA

Səfir Qüdsü Osmanovun adı qanunsuz pul köçürmələrində hallanır - İDDİA

Tarix:

28-06-2018, 11:39

/ 1 084 dəfə oxundu.
Səfir Qüdsü Osmanovun adı qanunsuz pul köçürmələrində hallanır - İDDİA

Bir müddət əvvəl Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs etmişdilər. Bu məlumatı Virtualaz.org saytı fontanka.ru portalınna istinadla yaymışdı.

Mənbəyə əsasən, iyunun 22-də Osmanov Vyanadan Minskə gəlib və burada onu "Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Rusiya Cinayət Məcəlləsinin 172-ci ("Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.

Qeyd edək ki, Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur.

Sankt-Peterburq şəhərindəki mənbə Reyting.az-a açıqlamasında iddia edib ki, Qüdsü Osmanov oğlununun azad olunması üçün bir neçə gün öncə həmin şəhərə gələrək, şəxsi əlaqələri vasitəsi ilə onu həbsdən buraxdırıb. Amma istintaqın davam etdiyi bildirilir. Eyni zamanda, iddia olunur ki, oğlunun həbsinə səbəb olan şirkəti vaxtilə Qüdsü Osmanov şəxsən yaradıb və diplomatik vəzifəsi qanunla buna imkan verməsə də, o, qanunsuz pul köçürmələri ilə məşğul olub. Qeyd edilir ki, qanunsuz pul köçürmələri Finlandiya və İsveç üzərindən həyata keçirilmiş. Məhz oğlu da belə bir işlə - çirkli pulların köçürülməsinə görə həbs edilib.

Qarşı tərəfin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Şərhlər

XƏBƏR LENTİ