XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mayor Osmanovun Azərbaycanla sərhəddə törətdikləri...

Mayor Osmanovun Azərbaycanla sərhəddə törətdikləri...

Mayor Osmanovun Azərbaycanla sərhəddə törətdikləri...
6-09-2017, 10:21

Dağıstanın istintaq komitəsi Süleyman-Stals rayon daxili işlər idarəsinin rəhbərliyinə qarşı cinayət işi qaldırıb
İdarənin rəisi, mayor İqram Osmanov vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.
Prokurorluq müəyyən edib ki, İqram Osmanov müavni Eldar İsmayılovla və sahə müvəkkili Qasım Həsənovla birlikdə yerli sakinlərdən rayonda törədilmiş cinayətlər barədə ərizələri qəbul etməkdən imtina edirmiş. Bununla Osmanov və digərləri rayonda cinayətkarlığın səviyyəsinin aşağı olduğu barədə görüntü yaradırmış.
Lakin mayor Osmanovu daha ciddi əməllər üzrə ittihamlar gözləyə bilər. Çünki yerli mətbuat yazır ki, bu ilin yanvarında mayor Osmanov sərxoş vəziyyətdə qəza törədib. Bu zaman o tabel silahını çıxararaq vurduğu avtomobilin sürücüsünü-zərərçəkçiş şəxsi güllələməklə hədələyib. Lakin sürücü qorxmayıb və sərxoş mayora qarşı fiziki güc tətbiq edərək onu “ayıldıb”.
Bu qəzadan bir neçə gün sonra Süleyman-Stalsk rayonunun sakinləri adından Dağıstan daxili işlər naziri Abdurəşid Maqomedovun və Rusiya DİN rəhbəri Vladimir Kolokoltsevin adına mayor Osmanov barədə şikayət ərizəsi göndərilib. Həmin ərizədə göstərilir ki, İqram Osmanov milis məktəbinin kursantı olarkən kursant yoldaşı ilə birlikdə öz həmkəndlisi olan qızı maşına basaraq zorlayıb.
Daha sonra məktubda Osmanovun Azərbaycanla sərhəddəki fəaliyyəti barədə bəhs olunur. Bildirilir ki, Osmanov sərhəddə silah, narkotik, “leviy” dərman, avtomaşın və digər malların qaçaqmalçılığı ilə məşğul olub. Özünə mütəşəkkil cinayətkar qruplaşma yaradıb. İqram Osmanov Azərbaycanla sərhəd Məhərrəmkənd rayonunun cinayət axtarış şöbəsinin əvvəl əməkdaşı, sonra rəisi işləyib.
Habelə mayor tez-tez sərxoş halda toylarda dava salıb, məhkəmə icraçısına silah çəkib, digər əməllər törədib. Bu haqda DİN, FTX bilsə də mayoru Süleyman-Stalsk rayonunun polis rəisi təyin ediblər.
“Osmanov Məhərrəmkənd rayonunda törətdiklərini Süleyman-Stalsk rayonunda təkrarlayır. Anlamırıq ki,hüquq mühafizə orqanları bu cinayətkarı niyə hələ işdə saxlayır”-sakinlərin şikayətində deyilir.

Virtualaz.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.