XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Qalmaqallı generala hökm oxundu, rütbəsi alınır - 10 il

Qalmaqallı generala hökm oxundu, rütbəsi alınır - 10 il

Qalmaqallı generala hökm oxundu, rütbəsi alınır - 10 il
30-11-2017, 12:12

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə hökm oxunub.

Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib.

Dövlət ittihamçısı çıxışında E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.