"Mən ölkənin generalıyam" - həbsdəki Elçin Quliyevin son sözü
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sabiq MTN polkovniki Azər Mehdiyev son söz deyib.
O da günahsız olduğunu və ona bəraət verilməsini istəyib.
Sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə çıxıb. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
**
Daha bir MTN dəstəsinin məhkəməsi yekunlaşır.
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Bakı Hərbi Məhkəməsində keçirilən proses hakim Elbəyi Allahverdiyev sədrlik edib.
Prosesdə Azər Mehdiyev son sözlə çıxış edib. Günahsız olduğunu deyən polkovnik iş adamı Maqsud Mahmudovun işinə görə tutulduğunu və həmin epizod üzrə də günahının olmadığını deyib. Barəsində bəraət çıxıralmasını istəyib.
Daha sonra general Elçin Quliyev son söz deyib.
General deyib ki, onu siqaret satanlara görə tutublar:
"Mənim nə qədər naliyyətlərim olub. Gəncə, "Sovetski" hadisələrində ciddi xidmətlərim, əməliyyatlarım olub, hamısı da uğurla nəticələnib. Bu belə olmaz. Mən ölkənin generalıyam. Heç bir günahım yoxdur. Bəraət istəyirəm".
Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə çıxıb. Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı E.Quliyevin 15, A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hökmə əsasən, hər iki şəxsin hərbi rütbəsinin alınması, əmlaklarının müsadirə edilməsi tələb edilib.
Qeyd edək ki, bu, artıq həbs edilən üçüncü qrup MTN zabitlərinin işidir ki, məhkəmədə baxılır.
Həbsdə olan MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilmişdi.
Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var