SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Polisi yumruqlayan "Nurgun Motors" şefinin oğlu azadlıqda - Özəl detallar/Video

Polisi yumruqlayan "Nurgun Motors" şefinin oğlu azadlıqda - Özəl detallar/Video

Tarix:

29-11-2017, 10:00

/ 1 599 dəfə oxundu.
Polisi yumruqlayan "Nurgun Motors" şefinin oğlu azadlıqda - Özəl detallar/Video

Noyabrın 7-də 15 günlük inzibati həbs cəzası alan "Nurgun Motors" şirkətlər qrupu rəhbərinin oğlu Nurxan Əliyev azadlığa buraxılıb
Məlumata görə, noyabrın 22-də N.Əliyev həbsdən çıxıb.
İçkili vəziyyətdə avtomobil idarə edən, yol polisinin “saxla” əmrinə tabe olmayan, saxlandıqdan sonra yol polis əməkdaşını yumruqlayan şirkət rəhbərinin övladı artıq evindədir.
N.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilmişdi.
Məlumata görə, atası tərəfindən töhmət alan Nurxana bir müddət avtomobil idarə etmək qadağan olunub.
Ona hakimiyyət nümayəndəsi olan polisə xəsarət yetirmək maddəsi ilə cinayət işi açıla bilərdi. Lakin “Nurgun Motors” şirkətlər qrupu rəhbəri Nuru Əliyev oğlunu xilas edib.
Prezident bir neçə dəfə məmur və varlı adamların uşaqlarına xəbərdarlıq edib. Bu mesajlardan nəticə çıxarmayanlar da olub.
O, yol polis əməkdaşına tabe olmaq yerinə onu yumruqla vurur, paqonunu cırır, sərxoş vəziyyətdə avtomobil idarə edir, sənədləri yoxdur və bircə ona bəraət qazandıracaq nüans tapmaq olmur. Yəni, Nurxandan öncə atası qınanmalıdır, tənqid olunmalıdır.
Hadisənin arayışı belədir: Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib.
YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb.
Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib
Yeni müstəqillik qazanan illərdə Nuru Əliyevin aeroportda gömrük rəisi olduğu bildirilir.
Burada qısa müddətdə varlanan N.Əliyev indi ölkənin ən böyük holdinqlərdən birinə çevrilən şirkətin əsasını qoyur.
Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin disribütorluğunu alaraq ölkəyə keçirib qısa müddətdə fantastik dərəcədə varlanmağa şərait yaradır. N.Əliyev “Hafka” ləqəbli iş adamı ilə də quda olmuşdu, sonra gənclər boşandılar.
Onun sahibi olduğu və digər oğlunun adını daşıdığı "Rəvan" klubunun isə adı rəsmən futbol qumarında ən çox hallanan klub kimi elan olunaraq, çempionatdan qovuldu. Bu da portretdə növbəti cizgi. İndi isə bu holdinqə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirək:

"Nurgün Motors"
- Nissan Azərbaycan
- Infiniti Azərbaycan
- Ford Azərbaycan
- Renault Azərbaycan
- Maşın bazarı - Çoxsaylı avtomobil salonları və servis mərkəzləri

2. Rəvan Sığorta - 1998-ci ildən fəaliyyət göstərir. Əvvəlki adları: "Double İnsurance Company” və "Star Alyans Sığorta”.
2007-ci ildə bütün səhmləri "Nurgün" şirkəti tərəfindən alınıb və təsisçilər dəyişdirilib.
2009-cu ildən "Rəvan Sığorta” adlanır. Son illərdə davamlı olaraq adları bir sıra sığorta qalmaqallarında hallanır.
3. NBC Bank ASC
17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı "Ruzu" Bank. 2002-ci ildən adını dəyişərək "NBCBank" olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi.
Yazımızın qəhrəmanı, sirli Nuru Əliyev 2016-cı ildə "NBC Bank"ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb. 2016-cı ildə bankın digər səhmdarlarının (yaxın qohumları) payında isə azalma qeydə alınıb.
4. Nurgün İnşaat - 1994-cü ildən fəaliyyət göstərən "Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.
Bu illər ərzində bir sıra irimiqyaslı tikinti lahiyələrini reallaşdirmışdır. Buraya İdman komplekslərini, yüksəkmərtəbəli binaları, avtomobil salonlarını və s. aid etmək olar.
5. "Bello” Yuyucu Vasitələr Fabriki - "Bello” markası adı altında məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur:
"Bello” anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.
6. Salyan süd zavodu - Salyan süd zavodunda istehsal olunan məhsullar mağazalarda "Bəyaz süd" adı altında satılır. Saytı fəaliyyət göstərmədiyinə görə, heç bir əlavə bilgi əldə edə bilmədik.
7. Nurgün Trading - Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir.
8. Kaspian Transport - 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır.
9. "Kontinental" mağazalar şəbəkəsi
10. "Ailə" supermarketlər şəbəkəsi
11. NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ