Üç uşaq anasını vurub hadisə yerindən qaçan gəncin kimliyi bilindi - FOTOLAR
Noyabrın 8-də saat 19:30-da Bayraq meydanı yaxınlığında 90-FO-007 dövlət nömrə nişanlı "Jeep Grand Cherokee” markalı avtomobillə 3 uşaq anası olan qadını vurub hadisə yerindən qaçan avtomobilin əsl sahibinin adı məlum olub.
xalqxeber.az xəbər verir ki, məlumata görə, 90-FO-007 dövlət nömrə nişanlı ağ rəngli "Jeep Grand Cherokee” avtomobilinin birbaşa sahibi Binəqədi rayonunda qeydiyyatda olan Məmmədsadıqova Pakilə Şəmiddin qızıdır. Həmin xanımın adına qara rəngli 90-OF-007 dövlət nömrə nişanlı digər "Jeep Grand Cherokee” avtomobili də var. Ancaq qara rəngli digər "Jeep Grand Cherokee” hazırda etibarnamə ilə 1962-ci il təvəllüdlü Şahbazov Əmrullah Şahbaz oğluna verilib.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Könül Elton qızı Əkbərovanın dünyasını dəyişdiyi qəza noyabrın 8-də, saat 19:30-da Bayraq meydanı yaxınlığında baş verib. Həmin qəza zamanı 90-FO-007 dövlət nömrə nişanlı ağ rəngli "Jeep Grand Cherokee” avtomobili Könül Əkbərovanı vurub. Nəticədə 3 uşaq anası olan qadın hadisə yerində keçinib.
Könül Əkbərovanın anası, Bakı şəhər sakini Bəsti Qədim qızı Qədimova isə qızının həmin avtomobili idarə edən 17 yaşlı Rəhim adlı şəxs tərəfindən vurulduğunu söyləyib.
Bəsti Qədimova deyib ki, həmin vaxtı avtomobili 17 yaşlı Rəhim adlı gənc idarə edirmiş:
"Bildiyimə görə, Rəhim Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsidir və Əmrullah Şahbazovun övladıdır. Qızımı maşınla vuran şəxs maşını orada qoyub və hadisə yerindən qaçıb. Sonradan bildik ki, həmin maşını Rəhim adlı 17 yaşlı bir oğlan idarə edib. Onlar 3-4 maşınla Salyan şosesində yerləşən "Manqal” restoranına gedirmişlər. Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.
ölkə.az




Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var