Əli Həsənovun nəvəsi məhkəmə qarşısında
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev məhkəmə qarşısına çıxarılır. N.Allahverdiyev haqqındakı cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. AzadlıqRadiosunun məlumatına görə, bu iş üzrə məhkəmənin hazırlıq iclası noyabrın 24-nə təyin olunub.
23 yaşlı N.Allahverdiyev avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində baş vermiş və iki nəfərin ölümü, daha ikisinin yaralanması ilə nəticələnən yol qəzasına görə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, qəzanı törədən «Mercedes- Gelandewagen» markalı avtomobilin sükanı arxasında 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olduğu müəyyənləşdirilib. Bundan sonra onun barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
«Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan «Mazda» markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılovun olduğu da müəyyən edilib. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verib», – rəsmi məlumatda deyilir.
N.Allahverdiyevin vəkili Sevdiyar Bayramov mətbuata açıqlamasında bildirmişdi ki, müvəkkili həbs-qətimkan tədbiri seçilərkən məhkəmədə əməlindən peşman olduğunu deyib.
N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var