SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Federasiyadan yoxa çıxan milyonların taleyi niyə açıqlanmır...- RƏSMİ SƏNƏDLƏRDƏN

Federasiyadan yoxa çıxan milyonların taleyi niyə açıqlanmır...- RƏSMİ SƏNƏDLƏRDƏN

Tarix:

17-08-2017, 13:20

/ 136 410 dəfə oxundu.
Federasiyadan yoxa çıxan milyonların taleyi niyə açıqlanmır...- RƏSMİ SƏNƏDLƏRDƏN

Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimovun 06 mart 2017-ci il tarixində verdiyi 1 saylı əmri ilə 28 mart 2017-ci il tarixində keçiriləcək hesabat-seçki iclasına hazırlıq şərçivəsində 2010-2017-ci illər üzrə maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin araşdırılması və iclasda hesabat verilməsi əmr edilmişdir.
Verilən əmrlə bağlı yaradılan komissiyanın sədri Asif Məlikov və dörd üzvünə həvalə edilmişdir. əmrin icra edilmə nəzarəti iə Federasiyanın vitse-prezidenti Ramin Məmmədova həvalə edilmişdir. Asif Məlikovun sədrliylə aparılan araşdırmaların yekun qərarında isə Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimova tərəfindən təyin edilən iclasa təqdim edilən yazılı nəticədəndə külli miqdarda yeyintinin olması ilə bağlı faktlar aşkarlanmış və Federasiya rəhbərliyinə məruzə edilmişdir.

Yaradılan komissiya 4 istiqamət üzrə araşdırmasının yekun cavablarını olduğu kimi təqdim edirik:

1. Daxil olmuş vəsaitlər üzrə.
2. Ödəniş cədvəli üzrə.
3. Federasiya adına təqdim olunan invertarlar üzrə.
4. Komandaların yarışlara göndərilməsi üzrə.


1. İstiqamətlərdən birincisi daxil olmuş vəsaitlər və onların xərclənməsi istiqamətidir.
Yalnız təqdim olunan sənədlərə əsasən 2012-ci ilin sentyabr ayından başlayaraq 2015-ci ilin sentyabr ayına qədər federasiyanın vitse-prezidenti Yaşar Məmmədova 387.000 manat və 192.000 $ vəsait ödənilmişdir.
Qeyd edilən tarixdən əvvəl olunmuş və eləcədə həmin dövrdə olunmuş digər ödənişlər barədə şifahi məlumat olduğu və ya tam məlumat olmadığı üçün onlar komissiya tərəfindən araşdırılmamışdır.
Bildiyiniz kimi 2012-ci ilin 4 ayı üçün maaşlar ödənilmişdir. Və bu ödənişlər ilin əvvəli həyata keçirilmişdir. İlin sonunda, yəni 07.09.2012-ci il tarixində olunmuş 5000 $ və 7000 AZN-ninxərclənməsi barədə məlumat yoxdur.
2013-cü il tarixində, bildiyimiz kimi, yəni 4 ayın əmək haqqısı ödənilmiş, bu ödəniş Yaşar Məmmədovun Federasiyanın rəhbərliyinə təqdim etdiyi siyahıya əsasən həmin dövrdə aylıq 10.000 azn olmaqla, 40.000 azn təşkil etmişdir. Yaşar Məmmədova digər mənbələrdən edilmiş ödənişlər nəzərə alınmamaqla, yalnız bir mənbədən 90.000 azn və 37.500 $ ödəniş həyata keçirilmişdir. Yekunda 37.500 $ və 50.000 azn vəsaitin hara xərclənməsi məlum deyildir.
2012-2013-cü illərin sənətlər üzrə aparılan araşdırmasında Yaşar Məmmədovun təşəbüsü ilə yoxa çıxan, yəni naməlum qalan məbləğin cəmi 444.000 azn və 235.000 $ olaraq təşkil etməkdədir.
2014-2015 araşdırmalarının nəticələrini isə gələn yazımızda sizlərə təqdim edəcəyik.

Ardı var.

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ