XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Əhəd Abıyev Yasamala niyə gəlmək istəmir? - İDDİA

Əhəd Abıyev Yasamala niyə gəlmək istəmir? - İDDİA

Əhəd Abıyev Yasamala niyə gəlmək istəmir? - İDDİA
4-08-2017, 09:27

Yasamal rayon İH-nin başçısı postu uğrunda dava getdikcə qızışır. Bir çoxları örtülü şəkildə əlaqələrini işə salaraq hərəkətə keçsə də, bəziləri açıq müstəvidə mübarizə aparır.
Amma ölkə mediası Yasamal İH-nin postuna gətirilmək istəndiyi, amma imtina edənlər haqqında da xəbərlər yayırlar ki, bu sırada Daşkəsənin icra başçısı Əhəd Abıyevin adı daha çox hallanır. Əhəd Abıyev mətbuata verdiyi açıqlamada bildirib ki, o hazırda Daşkəsən İH-nin başçısıdır və rayonun inkişafı istiqamətində çalışır. O, Yasamal rayonuna başçı getməkdə maraqlı deyil.
Bir çox ekspertlər hesab edirlər ki, belə bir xəbərin yayılmasına Əhəd Abıyev özü razılıq verib və dövriyyəyə belə bir xəbər buraxdırmaqla yuxarı dairələrə "Məni Yasamala başçı gətirin" mesajı verdirir. Ekspertlərin iddiasına görə, Əhəd Abıyev Daşkəsəndə işləməkdən yorulub və əyalətdən paytaxta gəlmək üçün ciddi şəkildə çalışır.
Ekspertlərə görə, Əhəd Abıyev Salyan rayonunun icra başçısı olmaq üçün də çalışmışdır. Amma ona paytaxta rayonlardan birinin başçısı olacağı ilə bağlı söz verildikdən sonra, sakitləşərək bu arzudan imtina etmişdi.
Məlumata görə, Daşkəsənin başçısı daha çox Xətai rayonunun başçısı olmaqda hər zaman maraqlı olub. Onun Yasamala başçı təyin olunmayacağını bildiyi halda niyə və hansı səbəbdən belə bir piar işinə əl atdığı isə hələlik bəlli deyil.
Ekspertlər hesab edir ki,Yasamal rayonuna heç kəsin gözləmədiyi biri başçı gətiriləcək. Düzdür, həmin şəxs cəmiyyət tərəfindən tanınan biri olsa da, onun İH-nin başçısı ola biləcəyi ehtimalı hər kəsdə maraq doğuracaq. Yəni ekspertlərə görə, Əhəd Abıyev belə təbliğat işlərini dayandırmasa onun Daşkəsənin İH-nin başçısı postu da əlindən alına bilər.

Vətəninfo.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.